Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-4/2023 21.01.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X11 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naftalan Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1961-ci il tarixdə Kəlbəcər rayonunun Lev kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Kəlbəcər rayonu Çopurlu kəndində qeydiyyatda olmaqla Naftalan şəhəri Qasımbəyli kəndində faktiki olaraq yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Naftalan Şəhər Polis Şöbəsindən Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material 21 yanvar 2023-cü il tarixdə baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. 21 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 20 yanvar 2023-ci il tarixdə, saat 17:30 radələrində Naftalan şəhəri, Qasımbəyli kəndində yaşadığı evin qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis baş leytenantı X3 izahat verərək bildirdi ki, 20 yanvar 2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək ailə üzvləri ilə münaqişə yaşadığını, bu səbəbdən polis əməkdaşlarının oraya gəlməsini istəmişdir. Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları olan Vüqar Məmmədov, Aqşin Eyvazzadə və Nicat Qurbanov Şəxs yaşadığı ünvana getmişlər. Bu zaman Həsənin yaşadığı evin qarşısında olan küçədə sərxoş vəziyyətdə uca səslə ailə üzvülərinin ünvanına nalayiq ifadələr işlətdiyini görmüş və onu nizam-intizama dəvət etmişlər. Həsən sərxoş vəziyyətdə olduğundan ucadan polis əməkdaşlarının da ünvanına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu saitləşdirməyə çalışsalar da o, heç bir faydası olmamışdır. Bundan sonra Həsənov X6 ŞPŞ-nə gətirilmişdir. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, 20 yanvar 2023-cü il tarixdə, saat 17:00 radələrində DİN-in 102 xidmətinə zəng edərək oğlu Babək ilə mübahisə etdiyini bildirmiş və polis əməkdaşlarından kömək istəmişdir. Buna səbəb isə eyni həyətdə yaşayan ailə üzvlərinin ona qarşı göstərdiyi anormal davranışlar olmuşdur. Daha sonra oraya polis əməkdaşları gəlmişlər. Lakin polis əməkdaşlarına qarşı heç bir hərəkəti olmamışdır. Həmin gün nahar zamanı isə azacıq spirtli içki qəbul etmiş olsa da, sərxoş vəziyyətdə olmamışdır. Davranışlarına səbəbi isə əsəbi olması olmuşdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan Şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X5 izahat verərək bildirdi ki, 20 yanvar 2023-cü il tarixdə Şəxs DİN-in 102 xidmət mərkəzinə zəng edərək oğlu Babək Həsənovla münaqişə etdiyini bildirdiyindən Naftalan Şəhər Polis Şöbəsinin polis nəfəri Aqşin Eyvazzadə və Nicat Qurbanovla onun yaşadığı ünvana getmişlər. Orada olarkən Həsənin ailə üzvülərinə qarşı nalayiq ifadələr işlətdiyini görmüş və digər polis əməkdaşları ilə birlikdə onu nizam-intizama dəvət etmişlər. Lakin o, sərxoş vəziyyətdə eyni əməllərinə davam etmişdir. Həsəni saitləşdirməyə çalışsalar da, hər hansı faydası olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşı X4 iş üzrə digər şahid X2 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan 20 yanvar 2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur; İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid izahatları və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Barəsində icraat aparılan Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli inzibati qaydada tutma haqqında protokola əsasən 20 yanvar 2023-cü il tarixdən, saat 17:30-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu 20 yanvar 2023-cü il tarix, saat 17:30-dan hesablansın. Qərarın icrası Naftalan Şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №3(052)-4/2023
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-4/2023
21.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver