Məhkəmə qərarları › İş №3(052)-4/2024

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-4/2024

02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-4/2024 02.02.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X6 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan Şəhər Polis Şöbəsinin İTBnin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə. xx xxx 1989-cu ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Naftalan şəhəri, H.Əliyev küçəsi, ev 30, mənzil 62-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsində toplanmış material baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 02 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Naftalan ŞPŞ-nin İstintaq Qrupunda araşdırma aparılmış və əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti şöbənin X1 göndərilmişdir. Bu səbəbdən tərəfindən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs şifahi vəsatətlə məhkəməyə müraciət edərək bildirdi ki, tərtib edilmiş inzibati xəta haqqında protokol ilə razı deyildir. Belə ki, bir neçə aydır Naftalan Şəhər Polis şöbəsində araşdırma aparılmış və keçirilmiş ekspertiza tədqiqatları ilə onun döyülən zaman almış olduğu xəsarətlərin yüngül xəsarətlər olduğu müəyyən olunmuşdur. Lakin buna baxmayaraq müstəntiq Aqşin Paşalı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Nəticədə isə iş üzrə cinayət işi açılmalı olduğu halda, inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən işə inzibati qaydada baxılmasını istəmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, əslində o, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Bu səbəbdən özünü təqsirli hesab etmir. Məhkəmə iclasında Naftalan ŞPŞ-nin İQ-nın baş müstəntiqi X4 izahat verərək bildirdi ki, Naftalan şəhər sakini Zərərçəkmiş şəxs 05 noyabr 2023-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək, 04 noyabr 2023-cü il tarixdə həyat yoldaşı Şəxs tərəfindən döyüldüyünü bildirilmişdir. Keçirilimiş məhkəmə tibbi ekspertizasının rəyləri ilə Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin yüngül zərər vurmaya aid olduğu müəyyən edilmişdir. Lakin 14 yanvar 2024-cü il tarixli rəydə xəsarətin dərəcəsi yüngül olduğu qeyd edilsə də, həmçinin bədəndəki xəsarətlərin hər birinin ayrı-ayrılıqda götürüldükdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmədiyi qeyd edilmişdir. Bu səbəbdən tərəfindən cinayət işi başlanması rədd edilmiş və İXM-nin 157 ci maddəsi ilə icraatın aparılması qərara alınmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Naftalan ŞPŞ-nin İQ-nın baş müstəntiqi X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 21 yanvar 2024-cü il tarixli qərardan görünür ki, 271 nömrə ilə qeydə alınmış material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın surətinin Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərarda iş üzrə keçirilmiş ekspertiza tədqiqatları üzrə xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli ekspert rəylərinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin yüngül zərər vurmaya aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair” 18 noyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 85 və 114.2.3-cü maddələrinin məzmunundan çıxış edərək qeyd edilməlidir ki, həmin maddələrdə aydın və birmənalı şəkildə müəyyən edilmiş qaydaya əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə özü cinayət işini başlamır, istintaq orqanın cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarını ləğv etmir, o, əməldə müəyyən etdiyi cinayət əlamətləri barədə cinayət təqibini başlamaq səlahiyyətində olan orqanı məlumatlandırmaqla materialları həmin orqana göndərir. Həmin qərarda həmçinin qeyd edilmişidir ki, istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. 85-ci maddəsində qeyd edilmişdir ki, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Belə ki, Naftalan ŞPŞ-nin İQ-nın baş müstəntiqi X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 21 yanvar 2024-cü il tarixli qərardan görünür ki, material üzrə cinayət işi başlanması rədd edilmiş olsa da, keçirilmiş ekspertiza tədqiqatları üzrə rəylərdən Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin yüngül zərər vurmaya aid olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Goranboy rayon prokuroruna göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar