Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-4/2025 17.01.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X8 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naftalan Şəhər Polis X1 Bölməsinin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə xx.xx.1995-ci il tarixdə Naftalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Naftalan şəhəri Qasımbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Naftalan Şəhər Pölis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025ci il tarixdə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Musalı X4 şəhəri Qasımbəyli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus 440 manat məbləğində əmlakı qəsdən məhv etmiş və 36 manat dəyərində əmlakı gizli olaraq talamışdır. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 232-1-ci maddələri ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, uzun zamandır qonşuluqda yaşan Zərərçəkmiş şəxs və onun ailəsi ilə aralarında mübahisə vardır. Əvvəllər də, aralarında torpaq mübahisəsi ilə bağlı məhkəmə icraatı olmuş, lakin məhkəmə yekun olaraq onların xeyrinə qərar çıxarmışdır. İlk olaraq qeyd edir ki, o, sökmüş olduğu 6 metr uzunluğunda dəmir toru oğurlamamış, torun yerdə qalaraq ekskavator tərəfindən məhv olmaması üçün sökdükdən sonra Zərərçəkmiş şəxs yaşadığı evin arxasına qoymuşdur. Beton dirəkləri isə onun həyətinə ekskavatorun girişinə maneçilik yaratdıqları üçün oradan götüzdürərək kənara yığdırmışdır. Bu zaman dirəklərin bəziləri zədələnmişdir. Hazırda zərəçəkmiş şəxs ilə aralarında razılıq əldə olunmuş və ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, hazırda Şəxs ona dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Bu səbəbdən ondan şikayətçi deyildir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK1-01 nömrəli material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi və həmin material üzrə törədilmiş əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1 -ci maddələrinin tərkibi olduğundan hadisəni törətmiş X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat açılması məqsədilə qərarın surəti Naftalan ŞPŞ-ə verilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, ƏQ-001/2025 saylı məişət və geyim əşyalarının qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış araşdırmalara və təhlillərə əsasən 44 (qırx dörd) ədəd 2.30 metr uzunluğunda, 0.10. metr enində, içərisi metal karkazla toxunmuş bişmiş beton materialdan olan bağ dirəkləri və 01 (bir) ədəd 06 (altı) metr uzunluğu və 1.30 metr eni, məftilin en kəsimi 0.30 mm olan paslanmayan poladdan hazırlanmış dəmir torun müqayisə yanaşması ilə xx.xx.2025-ci il tarixə real bazar dəyəri 476 manat təşkil edir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 18:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232- 1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İşin təsvir edilmiş hallarını və ona tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs zərər çəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəyərək, onunla barışdığından, İXM-in 39.2-ci maddəsinə əsasən o, inzibati məsuliyyətdən azad edilməli və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödədiyindən və onunla barışdığından həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(052)-4/2025
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-4/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver