Məhkəmə qərarları › İş №3(052)-41/2023

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-41/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-41/2023 12.07.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X7 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X2, Naftalan Şəhər Polis Şöbəsinin X8 qrupu yolpatrul xidməti inspektoru, polis baş serjantı X1 iştirakları ilə. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən barəsində qəbul edilmiş 26 iyun 2023-cü il tarixli EQ 15309880 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən barəsində qəbul edilmiş 26 iyun 2023-cü il tarixli EQ 15309880 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X4 məhkəmə iclasında şikayətini əsaslandıraraq bildirdi ki, Porsche Panamera 4 markalı, **-OJ-*** nömrəli avtonəqliyyat vasitəsi ona məxsusdur. O, 26 iyun 2023-cü il tarixli, EQ 15309880 nömrəli elektron qərar ilə Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. Buna səbəb onun Naftalan şəhərindən Goranboy rayonu Səfikürd kəndinə gedərkən saatda 73 km/saat sürətlə hərəkətdə olması, həmin ərazidə isə sürət limitinin guya 50 km/saat olması olmuşdur. Halbuki, nə Naftalan şəhərindən çıxarkən, nə də həmin yolun sonuna kimi yolda surət həddinin limiti barədə, eləcədə də qarşıda radar olmasını göstərən bildiriş löhvəsi quraşdırılmamışdır. Buna baxmayaraq yol polisi əməkdaşları avtomobildə quraşdırılmış radar vasitəsi ilə onu çəkərək cərimələmişlər. Qanunvericiliyin tələbinə görə isə həm sürət limiti, həm də qarşıda radarın olduğunu göstərən bildirişin quraşdırılmalı olması mütləqdir. Beləliklə qəbul edilmiş qərar qanunsuz olduğundan ləğv edilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Naftalan Şəhər Polis Şöbəsinin X8 qrupu yol-patrul xidməti inspektoru X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, qeyd edilən yolda sürət limiti həqiqətən də, saatda 50 km/saat müəyyən edilmişdir. Həmçinin daha əvvəl orada sürət həddinə, eləcədə radarın olmasına dair bildiriş lövhələri olmuş olsa da, hazırda həqiqətən də mövcud deyildir. Bunun səbəbi isə ona məlum deyildir. Ehtimal edir ki, həmin lövhələr oradan oğurlanmışdır. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, 26 iyun 2023-cü il tarixli EQ 15309880 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 26 iyun 2023-cü il tarixli MN EQ 15309880 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Eyni Məcəllənin 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin Vİİ bəndində qeyd edilmişdir ki, yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda və sair hallarda. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsinin qeydə alındığı yolda radarın mövcudluğu barədə məlumat, eləcədə həmin yolda icazə verilən sürət həddini göstərən lövhələrin quraşdırılmış olmaması işin mübahisəsiz halıdır. Bu hal həm qərardan şikayət vermiş şəxsin, həm də Naftalan Şəhər Polis Şöbəsinin X8 qrupu inspektorunun məhkəmə iclasında vermiş olduğu izahatı ilə öz təsdiqini tapmışdır. Halbuki, qanunvericilikdə qeyd edilən nişanların quraşdırılmalı olması imperativ olaraq nəzərdə tutmuşdur. Belə olan halda qeyd olunan yolda sürət limiti saatda 50 km/saat müəyyən edilmiş olsa belə, şəxsin avtomobili saatda 73 km/saat sürətlə idarə etmiş olması inzibati xəta hadisəsinin törədilmiş olması anlamına gələ bilməz. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən X4 barəsində qəbul edilmiş 26 iyun 2023-cü il tarixli EQ 15309880 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar