Məhkəmə qərarları › İş №3(052)-42/2023

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-42/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-42/2023 24.07.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X17 Aydın oğlunun sədrliyi, Eminov Elxan Elşən oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X5” X12 nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1, 210.1 və 215.4-cü maddələri ilə Goranboy Rayon Prokurorluğundan daxil olmuş materiala və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X5” X10 daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1, 210.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair Goranboy Rayon Prokurorluğunda başlanılmış inzibati xəta haqqında iş üzrə icraat materialı baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Daha sonra Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X5” X16 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə daxil olmuş materiallar eyni vaxtda baxılması üçün birləşdirilmişdir. Goranboy rayon prokuroru X7 tərəfindən qəbul edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1, 210.1 və 215.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanında yerləşən, hüquqi ünvanı Naftalan şəhəri Qaşaltı Qaraqoyunlu kəndi olan kommersiya təşkilatı Şəxs MMC-nin direktoru X3 03 may 2023-cü il tarixdə X2 “Masaj üzrə tibb bacısı” vəzifəsindən irəli gələn öhdəlikləri yerinə yetirmək üçün əmək müqaviləsi bağlamadan Şəxs MMC-yə işə götürmüşdür. X1 15 may 2023-cü il tarixdə X11 ilə aylıq maaşı 200 manat olmaqla və əmək müqaviləsi bağlamadan şifahi olaraq razılaşıb “Vanna xidmətçisi” vəzifəsinin öhdəliklərini yerinə yetirmək üçün Şəxs MMC-yə işə götürmüşdür. Bundan başqa X6 xx.xx.2023-cü il tarixdən əmək müqaviləsi bağlamadan Şəxs MMC-də faktiki olaraq həkim kimi fəaliyyət göstərməyə başlayıb pasiyentləri qəbul edərək müayinə etmiş, xx.xx.2023-cü il tarixdə isə həmin cəmiyyət ilə rəsmi olaraq əmək müqaviləsi imzalamışdır. Bundan başqa araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin direktoru X3 qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxsi, yəni həkim X4 praktik tibb fəaliyyəti göstərməyə buraxmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X5” X16 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 12 iyun 2023-cü il tarixli, MN № ******* saylı protokoldan görünür ki, 12 iyun 2023-cü il tarixdə saat 14:00-da Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən Şəxs MMC-yə məxsus sanatoriyada plandankənar yoxlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Goranboy Rayon Prokurorluğunun və barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X5” X12 nümayəndəsi Nümayəndə1 izahat verərək bildirdi ki, daxil olmuş şikayət əsasında 12 iyun 2023-cü il tarixdə Şəxs MMC-nin yerləşdiyi binada plandankənar yoxlama keçirilmişdir. Yoxlama zamanı Şəxs MMC-nin yerləşdiyi binada lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Bu səbəbdən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan başqa eyni fakt üzrə Goranboy Rayon Prokurorluğunda da icraatın aparılması barədə idarədə hər hansı məlumat olmamışdır. Odur ki, Şəxs MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X5” X12 nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, qeyd olunan inzibati xəta haqqında protokol onun tərəfindən tərtib edilmişdir. Belə ki, 12 iyun 2023-cü il tarixdə onun iştirakı ilə "xxxx" MMC-nin fəaliyyət göstərdiyi binada plandankənar yoxlama aparılarkən orada lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı aşkar edilmişdir. Məhkəmə prosesdə iştirak edən nümayəndələrin izahatını dinləyib, inzibati xəta haqqında materialları nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1, 210.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş olması tam sübuta yetirilmişdir. İş materiallarında olan: Goranboy rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əlavə edilmiş X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, o, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-yə məxsus sanatoriyada pasiyentləri qəbul edir, müayinə edir və resept razır. Həmçinin o, izahatında Səhiyyə Nazirliyinin Attestasiya Komissiyası tərəfindən verilmiş qüvvədə olan sertifikatının olmadığını bildirmiş, bunun səbəbini isə yaşa görə imtahan verə bilməməsi ilə izah etmişdir. Goranboy rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əlavə edilmiş X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, o, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nin fəaliyyət göstərdiyi sanatoriyaya işə qəbul olunmuş, işə qəbul olunarkən Rəqsanə Ağayeva ilə bu barədə şifahi olaraq razılığa gəlmiş, razılığa əsasən aylıq maaşı 200 manat olmuş, maaşını iyun ayının 15 almalı olmuşdur. Həmçinin o, izahatında işə girərkən heç bir müqavilə imzalamadığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X5” X16 tərəfindən məhkəməyə daxil olmuş materiala əlavə edilmiş 09 iyun 2023-cü il tarixli 710 nömrəli qərardan görünür ki, "xxxx" MMC-yə məxsus sanatoriyada plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. Qərarda yoxlamanın xx.xx.2023-xx.xx.2023-ci il tarixlərində keçiriləcəyi qeyd edilmişdir. Materiala əlavə edilmiş 12 iyun 2023-cü il tarixli 409 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5nin plandankənar (növbədən kənar) yoxlama aktından görünür ki, "xxxx" MMC-yə məxsus sanatoriyada plandankənar (növbədən kənar) yoxlama aparılmışdır. Yoxlama zamanı müəssisədə lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olunması aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsində qeyd edilmişdir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Eyni Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Eyni Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə həm Goranboy rayon prokurorluğundan, həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyində aparılmış icraat eyni fakt üzrə uzanan inzibati xəta olmuşdur. Odur ki, cəmiyyət hər iki material üzrə bir dəfə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar 192.1, 210.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində həmin Məcəllənin 210.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar 192.1, 210.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, həmin Məcəllənin 210.1-ci maddəsinin sanksiyasına əsasən 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naftalan şəhər İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar