Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-43/2023 24.07.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X7 Aydın oğlunun sədrliyi, Eminov Elxan Elşən oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma Nəzarəti Şöbəsinin baş məsləhətçisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib edilmiş protokol baxılması üçün məhkəməyə təqdim olunmuşdur. İnzibati xəta haqqında 24 iyun 2023-cü il tarixli, MN № ******* saylı protokoldan görünür ki, ünvan 1 ünvanında qeyri-yaşayış binasının istismarına icazə verilmiş, lakin məlumatlar qanunla müəyyən edilmiş müddətdə Reyestrə daxil edilməsi üçün komitəyə təqdim edilməmişdir. İşə baxılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və barəsində inzibati icraat aparılan Şəxs qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, idarənin nümayəndəsi və Şəxs məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış 14 iyun 2023-cü il tarixli, 5-4/2-135/2023 saylı məktubdan görünür ki, Naftalan şəhəri üzrə sənədlərin Tikintilərin Dövlət Reyestrinə daxil edilməsindən ötrü 17 may 2021-ci il tarixdən hazırki dövrədək məxsul şəxsin Memarlıq və tikinti şöbəsinin müdiri Şəxs olması qeyd edilmişdir. İş materiallarında olan 24 iyun 2023-cü il tarixli Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətova yazmiş olduğu izahatından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tikintisinə və istismarına icazə verilən tikinti obyektlərinə dair sənəd və məlumatların qanunla müəyyən edilmiş müddətdə tikintilərin dövlət reyestrinə təqdim edilməsi ona rəsmi olaraq həvalə edilmişdir. Lakin iş qrafikinin gərgin olması ilə əlaqədar akta qeyd olunan obyekt barədə sənəd və məlumatlar tikintilərin dövlət reyestrinə vaxtında təqdim edilə bilməmişdir. 24 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini X3, 4 saylı ərazi sektorunun baş məsləhətçisi X4, Naftalan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Şəxs və Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsinin müdiri X1 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Naftalan Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 01 nömrəli istismara icazə sənədi ilə X2 Naftalan şəhəri, Habil Əliyev prospekti, 3 ünvanında tikintisi başa çatmış qeyri-yaşayış binasının istismarına icazə verilmişdir. Lakin istismarına icazə verilən bu obyekt barədə sənəd və məlumatlar tikintilərin dövlət reyestrinə daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qanunla müəyyən edilmiş müddətdə təqdim edilməli olduğu halda bun günədək təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Eyni Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-in 394-1.1-ci maddəsinə əsasən Tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Eyni Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 106-115, 117 və 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat inzibati qaydada cərimə edilsin. Qərarın icrası Naftalan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(052)-43/2023
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-43/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver