Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-44/2023 11.07.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X5 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naftalan Şəhər Polis X1 bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1959-cu il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Naftalan şəhəri Qaşaltı Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Naftalan Şəhər Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material 11 iyul 2023-cü il tarixdə baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Naftalan Şəhər Polis X1 bölməsinin polis sahə rəisi, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 11 iyul 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 30 aprel 2023-cü il tarixdə, saat 08:10 radələrində Naftalan şəhəri, Şirvan prospektində "xxxx" MMC-in inzibati binasının qapısını təpiklə vurmuş, həmçinin həmin vaxt ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 22 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının hissəvi olaraq rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərara əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 510-cu maddəsi ilə inzibati məsuliyyət yaratdığından, barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 30 aprel 2023-cü il tarixdə, səhər saatlarında ona və həyat yoldaşına məxsus sanatoriyaya gəlmiş, bu zaman sanatoriyanın giriş qapısının eyni binada yerləşən digər sanatoriya sahibi Vidadi Quliyev tərəfindən bağlanıldığını görmüşdür. Bu zaman əsəbi halda qapını yerindən çıxararaq kənara qoymuş və sanatoriyaya daxil olmuşdur. Lakin heç bir ictimai qayda pozuntusuna yol verməmişdir. O, heç kimi söyməmiş və təhqir etməmişdir. Ürək əməliyyatından yeni çıxdığı üçün əsəbi olmuş, bu səbəbdən ola bilsin ki, bir qədər uca səslə danışmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, Karvan Hotel sanatoriyasında gözətçi vəzifəsində işləyir. 30 aprel 2023-cü il tarixdə, səhər saatlarında Şəxs sanatoriyaya gələrək inzibati binaya girmək istəmişdir. İnzibati binaya yeni quraşdırılmış kart vasitəsi ilə giriş sistemini gördükdə binaya daxil ola bilmədiyi üçün əsəbləşmiş və nalayiq söyüşlər söyməyə başlamışdır. Şəxs yaxınlaşaraq onu sakitləşdirmək istəsə də, o, buna məhəl qoymadan sanatoriyanın digər sahibi Vidadi Quliyevin ünvanına nalayiq söyüşlər söyməyə davam etmişdir. Daha sonra isə sanatoriyanın qapısını yerindən çıxararaq kənara qoymuş və binaya daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, qeyd edilən sanatoriyada elektrik vəzifəsində işləyir. 30 aprel 2023-cü il tarixdə, səhər saatlarında Şəxs sanatoriyada gözətçi işləyən Şahid2 ilə mübahisə etdiyini görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 22 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının hissəvi olaraq rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Vidadi Quliyevin müraciəti əsasında toplanmış 112 nömrə ilə qeydiyyata alınmış material üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması hissəvi olaraq rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati məsuliyyətə cəlb edilib, araşdırmanın davam etdirilməsi üçün qərarın surətinin Naftalan Şəhər Polis X1 Bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun təqsiri şahidlərin ifadələri, inzibati xəta haqqında protokollar, habelə digər iş materialları ilə tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(052)-44/2023
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-44/2023
11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver