Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-45/2025 13.11.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X4 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan şəhər polis şöbəsinin X1 polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qurbanov Arı̇ f İbrahı̇ mxəlı̇ l oğlunun iştirakı ilə, xx.xx.1984-cü ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Naftalan şəhəri, Şixəli Qurbanov küçəsi ev 04 mənzil 23 qeydiyyatda olmaqla yaşayan Qurbanov Arı̇ f İbrahı̇ mxəlı̇ l oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Qurbanov Arı̇ f İbrahı̇ mxəlı̇ l oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan şəhər polis şöbəsində tərtib edilmiş material baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. 13 noyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Qurbanov Arı̇ f İbrahı̇ mxəlı̇ l oğlu narkotik vasitələrdən istifadə etmişdir. Məhkəmə iclasında Naftalan şəhər polis şöbəsinin X1 polis sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Qurbanov Arı̇ f İbrahı̇ mxəlı̇ l oğlunun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206-cı maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, Qurbanov Arı̇ f İbrahı̇ mxəlı̇ l oğlunun Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qurbanov Arı̇ f İbrahı̇ mxəlı̇ l oğlu ifadə verərək bildirdi ki, o, nadir hallarda narkotik vasitə olan marixuanadan istifadə edir. Uzun illər istifadə etməsə də, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə ad günü olduğu üçün istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə Naftalan şəhəri, İ.Həsənzadə küçəsində yolun kənarında olarkən polis əməkdaşları onu saxlayaraq Naftalan şəhər polis şöbəsinə aparmışlar. Əməlindən səmimi peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Qurbanov Arı̇ f İbrahı̇ mxəlı̇ l oğlunun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, material üzrə İXMnin 206-cı maddəsi ilə iş üzrə icraat aparılması üçün qərarın surəti aidiyyəti üzrə Naftalan ŞPŞ-nə göndərilmişdir. İş materiallarında olan Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş 1811 nömrəli rəydə qeyd edilmişdir ki, Qurbanov Arı̇ f İbrahı̇ mxəlı̇ l oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2025-ci il tarixli, 4763 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Qurbanov Arı̇ f İbrahı̇ mxəlı̇ l oğlunun sidiyində THC aşkar edilmişdir. “İnzibati qaydada tutma haqqında” 12 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Qurbanov Arı̇ f İbrahı̇ mxəlı̇ l oğlu inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 12:40-da tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qurbanov Arı̇ f İbrahı̇ mxəlı̇ l oğlunun təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, Qurbanov Arı̇ f İbrahı̇ mxəlı̇ l oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qurbanov Arı̇ f İbrahı̇ mxəlı̇ l oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət edir. Odur ki, Qurbanov Arı̇ f İbrahı̇ mxəlı̇ l oğlu Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.4-cü maddəsində qeyd edilmişdir ki, şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Odur ki, Qurbanov Arı̇ f İbrahı̇ mxəlı̇ l oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Qurbanov Arı̇ f İbrahı̇ mxəlı̇ l oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qurbanov Arı̇ f İbrahı̇ mxəlı̇ l oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(052)-45/2025
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-45/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver