Məhkəmə qərarları › İş №3(052)-47/2023

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-47/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-47/2023 19.07.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X12 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naftalan şəhəri Yol patrul xidməti inspektoru polis baş serjantı X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, 09 avqust 1999-cu ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Kəlbəcər rayonu, Yanşaqbinə kəndində qeydiyyatda olmaqla Goranboy rayonu, Yeni Qəsəbə, bina 12, mənzil 27-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:55 radələrində “Mercedes Benz 208” mikro avtobus markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X5 məxsus “Daimler Benz” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuş, hadisə nəticəsində “Daimler Benz” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Bu səbəbdən Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 protokolu əsaslandıraraq bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə “Mercedes Benz 208” mikro avtobus markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X5 məxsus “Daimler Benz” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı X5 məxsus avtomobilə maddi zərər yetirmişdir. Şəxs B və C kateqoriyalar üzrə sürücülük vəsiqəsinə malik olmasına baxmayaraq mikro avtobus avtomobilini idarə etmək üçün tələb olunan D kateqoriyaya malik olmamışdır. Odur ki, həmin hal sürücülük hüququ olmayan hal kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 18:55 radələrində Naftalan şəhəri, İ.Həsənzadə küçəsində özünə məxsus “Mercedes Benz 208” mikro avtobus markalı **- NS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman qarşıda hərəkətdə olan “Daimler Benz” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ara məsafəsi saxlamamış və həmin avtomaşını arxa hissədən vurmuşdur. Hadisə zamanı maşında tək olmuş, heç bir xəsarət almamışdır. Özünü inzibati xətanın törədilməsində tam təqsirli bilir. Belə ki, onun B və C kateqoriyaları üzrə sürücülük hüququ olmasına baxmayaraq, D kateqoriyası üzrə hüququ yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Avto servis (X9 VÖEN **********) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 023 nömrəli arayışdan görünür ki, X6 etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” minik markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2006, tip-sedan, mühərrik 8277832, Ban-XTA**********6941, ağ rəngli avtomaşına müəssisənin ustası X2 tərəfindən baxış keçirilmiş və dəymiş ziyanın 253 manat, usta pulu 400 manat, cəmi 653 manat olması müəyyən edilmişdir. Avto servis (X9 VÖEN **********) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 024 nömrəli arayışdan görünür ki, X4 idarə etdiyi “Daimler Benz” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1986, tip-sedan, mühərrik **********4066, Ban- WDB1240301A175968, albalı rəngli avtomaşına müəssisənin ustası X2 tərəfindən baxış keçirilmiş və dəymiş ziyanın 130 manat, usta pulu 550 manat, cəmi 680 manat olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi və şəxsin özünün etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında beş yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar