Məhkəmə qərarları › İş №3(052)-48/2023

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-48/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-48/2023 02.08.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X8 Aydın oğlunun sədrliyi, Eminov Elxan Elşən oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X4 nümayəndəsi Nümayəndə iştirakı ilə. Şəxs Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 13 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 13 iyun 2023-cü il tarixdə saat 11:10-da ünvan 1 ünvanda yerləşən Şəxs Firmasına məxsus tibb müəssisəsində planlı yoxlama zamanı sertifikatsız tibb fəaliyyəti (həkim kardioloq X2) və lisenziyadan kənar iş və fəaliyyət – (ginekoloji fəaliyyət) aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs Firmasının nümayəndəsi iclasa gəlməmişdir. Məhkəmə işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X4 nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, 13 iyun 2023-cü il tarixdə Şəxs Firmasına məxsus sanatoriyada planlı yoxlama keçirilmiş, yoxlama zamanı sanatoriyada sertifikatsız tibb fəaliyyəti ilə məşğul olma, həmçinin lisenziyadan kənar ginekoloji fəaliyyətin olması aşkar edilmişdir. Belə ki, X3 adlı şəxs ilə həkim ginekoloq kimi rəsmi əmək müqaviləsi bağlanması və həmin şəxs sanatoriyada ginekoloji fəaliyyətlə məşğul olmasına baxmayaraq, sanatoriyanın qeyd edilən fəaliyyətlə məşğul olması üçün lazımı lisenziya alınmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, həkim kardioloq X2 əmək müqaviləsi üzrə kardioloq kimi müəssisədə fəaliyyət göstərsə də, sertifikasiyadan keçməmişdir. Qeyd edilən məsələlər qanun pozsuntusu olduğu üçün müvafiq inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə orqanın nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs Firması tərəfindən İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilmiş olması tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş 26 may 2023-cü il tarixli 650 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında qərardan görünür ki, Şəxs Firmasında planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 13 iyun 2023-cü il tarixli 416 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 özəl tibb müəssisənin planlı (növbəti) yoxlama aktından görünür ki, Şəxs Firmasının ünvan 1-də yerləşən müəssisəsində planlı (növbəti) yoxlama aparılmışdır. Yoxlama zamanı müəssisədə çalışan tibb işçilərinin əksəriyyətinin tibbi sertifikasiya şəhadətnaməsindən keçmədən praktiki tibbi fəaliyyətlə məşğul olması, eləcə də müəssisənin lisenziyasında göstərilən işlərdən kənar iş və fəaliyyət aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “X1” X7nə daxil olmuş Şəxs Firmasına dair məlumat cədvəlindən görünür ki, həmin hüquqi şəxsin fəaliyyət göstərdiyi ünvan 1-də yerləşən müəssisəsində terapevtik, diyetoloji, kardioloji, nefroloji, nevropatoloji, dermatoloji, fizioterapevtik, uroloji, ultrasəs müayinəsi, otorinolarinqoloji, klinik ixtisas növləri üzrə tibbi fəaliyyətlə məşğul olmağa icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs Firması ilə X3 arasında həkim-ginekoloq vəzifəsi üzrə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs Firması ilə X2 arasında həkim-kardioloq vəzifəsi üzrə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Odur ki, Şəxs Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 215.1-ci maddəsinin sanksiyasına əsasən 6000 (altı min) manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 215.1-ci maddəsinin sanksiyasına əsasən 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar