Məhkəmə qərarları › İş №3(052)-49/2023

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-49/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-49/2023 02.08.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X13 Aydın oğlunun sədrliyi, Eminov Elxan Elşən oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” X10 nümayəndəsi Nümayəndə2 iştirakı ilə. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” X9 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” X12 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 12 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 12 iyun 2023-cü il tarixdə, saat 16:30-da ünvan 1 ünvanda yerləşən Şəxsnə məxsus tibb müəssisəsində Naftalan Şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, № 3-13-99/2-2769/2023 məktubuna əsasən plandan kənar yoxlama apararkən həkim terapevt X1 keçmədən özəl tibb fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi iclasa gəlməmişdir. Lakin hüquqi şəxsin rəhbəri Nümayəndə1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar təyin olunmuş məhkəmə prosesində iştirak edə bilməyəcəyini, bu səbəbdən məhkəmənin vaxtının bir ay müddətinə uzadılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111-ci maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır. Məhkəmə ünvanlanmış teleqrama münasibətdə qeyd edir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs rəhbəri Nümayəndə1 səhhəti ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəyini bildirsə də, bununla əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə vəsatəti icraatın bilərəkdən uzadılması kimi qiymətləndirərək, iclasın hüquqi şəxsin rəhbərinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” X10 nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, Naftalan Şəhər Polis şöbəsində aparılmış araşdırmanın nəticəsi olaraq 03 aprel 2023-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, həmin qərarda Şəxs hüquqi şəxsinin əməlində İXM-nin 215.4-cü maddəsinin tərkibi yarandığından iş üzrə icraatın aparılması üçün materialların Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməsi qərara alınmışdır. Bununla bağlı 12 iyun 2023-cü il tarixdə Şəxsnə məxsus sanatoriyada plandankənar yoxlama keçirilmişdir. Həmin yoxlama zamanı müəssisədə həkim terapevt X1 keçmədən özəl tibb fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Nəticədə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə orqanın nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-in 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş olması tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş Naftalan ŞPŞ-nin TQ-nin baş təhqiqatçısı X5 03 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış HK1-70 nömrəli material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış HK1-70 nömrəli material üzrə Şəxs hüquqi şəxsinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tərkibi olduğundan inzibati xəta haqqında iş üzrə icraat açılması məqsədilə qəbul edilmiş qərarın surətinin aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Daxili Nəzarət Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 09 iyun 2023-cü il tarixli 711 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X6 tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında qərardan görünür ki, Şəxsndə plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 12 iyun 2023-cü il tarixli 412 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X6 plandankənar (növbədənkənar) yoxlama aktından görünür ki, Şəxs Naftalan şəhəri, Ş.Qurbanov ev 2-də yerləşən müəssisəsində plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Yoxlama zamanı müəssisədə çalışan tibb işçisinin tibbi sertifikasiya şəhadətnaməsindən keçmədən praktiki tibbi fəaliyyətlə məşğul olması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2017-ci il tarixdə Şəxs ilə X4 arasında həkimterapevt vəzifəsi üzrə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş 12 iyun 2023-cü il tarixli X4 tərəfindən verilmiş izahatdan görünür ki, o, daha əvvəl sertifikasiya imtahanından keçmiş olmadığını, lakin 10 may 2023-cü il tarixdə imtahadan uğurla keçdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsində qeyd edilmişdir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Eyni Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Eyni Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar