Məhkəmə qərarları › İş №3(052)-5/2024

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-5/2024

22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-5/2024 22.02.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X14 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X6 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18 yanvar 2024-cü il tarixli, MN №1612344 nömrəli qərarından vermiş olduğu şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 18 yanvar 2024cü il tarixli MN1612344 saylı inzibati tənbeh vermə haqqında qərar və bu qərarla bağlı 08 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokolun əməlində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinin tərkibi olmadığı üçün ləğv edilərək iş üzrə inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Bakı şəhər İdarəsinin barəsində tərtib etdiyi 08 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və bunun əsasında qəbul edilmiş 18 yanvar 2024-cü tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə o, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 1000 manat cərimə edilmişdir. Aşağıdakılara əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və bunun əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında 18 yanvar 2024cü il tarixli qərarı əsassız hesab edir. Belə ki, barəsində inzibati xəta ilə bağlı araşdırma aparılan zaman onun iştirakı təmin edilməmiş, onun və şikayətçinin izahatı alınmamışdır. Bundan başqa Goranboy rayonu, Səfikürd kənd sakini Rufan Tahirli X7nin Bakı şəhər idarəsinə ərizə ilə müraciət edərək əmək haqqını vaxtında aldığını bildirmişdir. Bu ərizə X7nə 12 yanvar 2024-cü il tarixdə göndərilmişdir. Göründüyü kimi işçi ərizə verib əmək haqqını aldığını, ondan heç bir şikayəti olmadığını bildirsə də, əməlində inzibati xətalar məcəlləsinin tərkibi olmadığı halda əsassız olaraq onun barəsində İXM-nin 192.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X2 Əmək Müfəttişliyinə müraciət edərək ərizəsinin etibarsız hesab edilməsini xahiş etmiş olması bir daha onu sübut edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın hüquqi əsası yoxdur. Belə ki, müəssisənin fəaliyyəti 03 mart 2023-cü il tarixdən dayandırılmışdır. Şikayətçi isə bu tarixə kimi əmək haqqını tam şəkildə almışdır. O, bu barədə ödənilmiş əmək haqqı borcunun olmamasını ərizə ilə əmək müfəttişliyinə bildirsə də, əmək müfəttişliyi bunu nəzərə almamış, 18 yanvar 2024-cü il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan başqa Naftalan şəhəri Gəncə-Daşkəsən regional əmək müfəttişliyinin ərazisinə daxildir. Buna baxmayaraq məsələyə Gəncə- Daşkəsən regional əmək müfəttişliyində deyil, Bakı şəhər ərazi əmək müfəttişliyində baxılmışdır. Bu da araşdırmanın obyektiv getmədiyini göstərir. Hazırda onun heç kimə əmək haqqı borcu yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X9 çıxış edərək bildirdi ki, barəsində tərtib edilmiş protokol və qəbul edilmiş qərar tam qanunsuzdur. İlk olaraq qeyd edilməlidir ki, inzibati araşdırmanın X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən aparılması tam qanunsuz olmuşdur. Belə ki, o, Naftalan şəhərində pasport qeydiyyatda olmaqla yaşayır. Həmçinin hadisə Naftalan şəhərinin ərazisində baş vermişdir. Belə olan halda araşdırma həmin idarə tərəfindən deyil, X7 Xidməti Gəncə-Daşkəsən regional İdarəsi tərəfindən aparılmalı idi. Bundan başqa qeyd edilməlidir ki, 03 mart 2023-cü il tarixdə onun şərikləri ilə arasında baş vermiş narazılıqlar ilə əlaqədar Park Naftalan adlanan sanatoriya polis əməkdaşları tərəfindən bağlanmış və fəaliyyəti dayandırılmışdır. Sanatoriyanın əməkdaşları isə həmin tarixdən hər biri başqa iş yerlərində işləməyə başlamışlar. Həmin tarixə kimi isə işçilərinin bütün əmək haqqlarını ödəmiş, heç kimə borcu qalmamışdır. Odur ki, barəsində tərtin edilmiş protokol və qərar ləğv edilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, X5 xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Bakı şəhər idarəsinə elektron qaydada müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə fiziki şəxs X9 ilə əmək müqaviləsi bağlamış, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Lakin 2023-cü ilin mart ayı üzrə ona ödənilməli olan əmək haqqı ödənilməmişdir. Odur ki, məsələnin araşdırılması və ona məlumat verilməsini xahiş etmişdir. Vətəndaşın şikayəti X7 xidməti Bakı şəhər idarəsi tərəfindən araşdırılmış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbi pozulduğundan vəzifəli şəxs X9 barəsində 08 yanvar 2024-cü il tarixdə protokol tərtib edilmişdir. X8 həmin protokol üzrə inzibati xətaya dair işə baxılması barədə bildiriş göndərilmişdir. Daha sonra isə 18 yanvar 2024-cü il tarixli MN ******* nömrəli qərara əsasən X9 qeyd edilən maddə ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, vətəndaş X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Bakı şəhər idarəsinə elektron qaydada müraciət etdiyindən, onun şikayətinə həmin idarə tərəfindən baxılmışdır. Odur ki, şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, 18 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli və iş aiddiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: **********.62817 nömrəli müraciət vərəqəsindən görünür ki, Goranboy rayonu, Səfikürd kənd sakini X5 xx.xx.2023-cü il tarixdə elektron qaydada müraciət edərək xx.xx.2022-ci il tarixdən fiziki şəxs X9 ilə əmək müqaviləsi bağladığını, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verildiyini, lakin ona 2023-cü ilin mart ayı üzrə əmək haqqının ödənilmədiyini bildirmişdir. 08 yanvar 2024-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, X3 2023-cü ilin mart ayı üzrə əmək haqqısı ödənilmədiyindən və bununla da, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbi pozulduğundan, vəzifəli şəxs X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 18 yanvar 2024-cü il tarixli MN ******* nömrəli qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (min) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə şikayətin 08 yanvar 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan məhkəməyə şikayətin verilməsi nəzərdə tutulmamışdır. Belə ki, protokol ilkin sənəd olmaqla, sübut növlərindən biridir. Yalnız onun əsasında qərar qəbul olunduqdan sonra həmin qərardan məhkəməyə şikayət verilə bilər. Odur ki, şikayət qeyd edilən hissədə müzakirə edilə bilməz. 18 yanvar 2024-cü il tarixli, MN №1612344 nömrəli inzibati tənbeh vermə haqqında qərara münasibətdə qeyd edilməlidir ki, qanunvericilikdə imperativ qaydada inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılmalı olması, həmçinin, yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Lakin iş materiallarından görünür ki, inzibati işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən baxılmış və həmin idarə tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki ehtimal olunan inzibati xətanın Naftalan şəhərinin ərazisində törədilməsi, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin daimi qeydiyyat və yaşayış yerinin Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ev 27, mənzil 27 olması mübahisəsizdir. Belə olan halda inzibati işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsində baxılmalı və müvafiq qərar qəbul edilməli idi. Bu isə onu deməyə əsas verir ki, inzibati xəta haqqında iş üzrə qərar buna səlahiyyəti çatmayan orqan tərəfindən qəbul edilmişdir. Odur ki, həmin qərar ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18 yanvar 2024-cü il tarixli, MN №1612344 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün aiddiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar