Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 3(052)-50/2023 19.07.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ Naftalan Şəhər Məhkəməsinin hakimi X1, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 215.4-cü, 210.1-ci və 192.1ci maddəlləri ilə Goranboy Rayon Prokurorluğundan daxil olmuş materiala və Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 210.1-ci maddələri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materialla baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 215.4-cü, 210.1-ci və 192.1ci maddəllərində nəzərə tutulmuş inzibati xətaların törədilməsi ilə bağlı Goranboy Rayon Prokurorluğundan 10 iyul 2023-cü il tarixdə material və Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən 19 iyul 2023-cü il tarixdə inzibati xəta haqqında protokol baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Odur ki, qeyd edilən materilların eyni vaxtda baxılması üçün bir icraatda birləşdirilməsi qanuni və əsaslı hesab olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 34.2 maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 215.4-cü, 210.1-ci və 192.1ci maddəllərində nəzərə tutulmuş inzibati xətaların törədilməsi ilə bağlı Goranboy Rayon Prokurorluğundan 10 iyul 2023-cü il tarixdə daxil olmuş material (iş nömrəsi 3(052)- 42/2023) və Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən 19 iyul 2023-cü il tarixdə daxil olmuş inzibati xəta haqqında protokol (iş nömrəsi 3(052)-30/2023) bir icraatda biləşdirilərək işə eyni vaxtda baxılsın. X3
Məhkəmə qərarları › İş №3(052)-50/2023
Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №3(052)-50/2023
19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver