Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-51/2023 20.07.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X9 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1978-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Naftalan şəhəri, V.Quliyev küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Naftalan Şəhər Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 20 iyul 2023-cü il tarixdə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 20 iyul 2023-cü il tarixli MN ******* nömrəli və 20 iyul 2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 19 iyul 2023-cü tarixdə saat 17:30 radələrində Naftalan şəhəri, V.Quliyev küçəsində yaşadığı evin qarşısında ictimai qaydanı pozmuş və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 protokolları əsaslandıraraq Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında qeyd etdi ki, 19 iyul 2023-cü tarixdə saat 17:30 radələrində Naftalan şəhəri, V.Quliyev küçəsində yaşadığı evində içkili olduğu üçün yoldaşı ilə mübahisələri olmuşdur. Bu səbəbdən yaldaşı 102 xidmətinə zəng edərək ondan şikayət etmişdir. Şikayət əsasında polis əməkdaşları onun yaşadığı evə gələrək onu intizama dəvət etmişlər. O, isə sərxoş vəziyyətdə olduğu üçün yaşadığı evin qarşısında yüksək səslə danışmış, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən barəsində yüngül tənbeh tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan ŞPŞ-nin İctimai təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru X5 izahat verərək bildirdi ki, 19 iyul 2023-cü tarixdə saat 17:30 radələrində xidmətdə olarkən onlara Şəxs içkili halda yaşadığı mənzildə səsküy yaratması barədə məlumat daxil olmuşdur. Həmin ünvana gedərək Şəxs kücəyə cağırmış və intizama dəvət etmişlər. Bu zaman Şamilin evdə olan güzgü və bəzi qabları sındırmış olduğunun şahidi olmuşlar. Şəxs isə uca səslə küçədə nəlayiq ifadələr işlətmiş, əli ilə divara, həyətin giriş qapısına, hətta polis şöbəsinin növbətçi xidməti avtomobilinə zərbələr endirmişdir. Daha sonra polis şöbəsinə gətirilmiş olsa da, Şamil şöbənin inzibati binasında da, hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirdi ki, Şəxs onun həyat yoldaşıdır. 19 iyul 2023-cü tarixdə saat 17:30 radələrində həyat yoldaşı içkili vəziyyətdə yaşadığı ünvanda səs-küy saldığından 102 xidmətinə bu barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları evlərinə gələrək Şamili şöbəyə aparmışlar. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı, inzibati xəta haqqında protokol, şahidlərin izahatları və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 20 iyul 2023-cü il, saat 08:00-da tutulmuşdur. Naftalan Şəhəri Mərkəzi X4 şəxs tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli 77 saylı arayışdan görünür ki, Şəxs orta dərəcəli sərxoş diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, İXM-in 33.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanı sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu 20 iyul 2023-cü il, saat 08:00dan hesablansın. Qərarın icrası Naftalan Şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(052)-51/2023
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-51/2023
20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver