Məhkəmə qərarları › İş №3(052)-52/2025

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-52/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-52/2025 15.12.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 Aydın oğlunun sədrliyi, Əmrahov Elnur Qayim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan şəhər Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Naftalan şəhər Polis Şöbəsindən daxil olmuş İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Renault Megane” minik markalı, **-SU- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə EQ 30262113, EQ 30157941, EQ 30091621, EQ 30004830, EQ 29913186, EQ 29629710, EQ 29243324 , EQ 28316637, EQ 28336577, EQ 28518316 və EQ 28788008 saylı inzibati xəta haqqında protokolara əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərarları qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, protokol əsassızdır. Belə ki, “Renault Megane” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmamış, yalnız onun adına avtomobili idarə etməyə dair etibarnamə olmuşdur. Lakin sonradan həbs edildiyi üçün avtomobili idarə etməmiş və həmin cərimələr əsassız olaraq onun adına yazılmışdır. Odur ki, protokollarda qeyd edilən inzibati xətaları tərətmədiyindən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan DİN-in DYP Web portaldan çıxarılmış EQ 30262113 nömrəli elektron qərardan görünür ki, Şəxs “ Renault Megane” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan DİN-in DYP Web portaldan çıxarılmış EQ 30157941 nömrəli elektron qərardan görünür ki, Şəxs “ Renault Megane” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan DİN-in DYP Web portaldan çıxarılmış EQ 30091621 nömrəli elektron qərardan görünür ki, Şəxs “ Renault Megane” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan DİN-in DYP Web portaldan çıxarılmış EQ 30004830 nömrəli elektron qərardan görünür ki, Şəxs “ Renault Megane” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan DİN-in DYP Web portaldan çıxarılmış EQ 29913186 nömrəli elektron qərardan görünür ki, Şəxs “ Renault Megane” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 469.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan DİN-in DYP Web portaldan çıxarılmış EQ 29629710 nömrəli elektron qərardan görünür ki, Şəxs “ Renault Megane” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan DİN-in DYP Web portaldan çıxarılmış EQ 29243324 nömrəli elektron qərardan görünür ki, Şəxs “ Renault Megane” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan DİN-in DYP Web portaldan çıxarılmış EQ 28316637 nömrəli elektron qərardan görünür ki, Şəxs “ Renault Megane” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan DİN-in DYP Web portaldan çıxarılmış EQ 28336577 nömrəli elektron qərardan görünür ki, Şəxs “ Renault Megane” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan DİN-in DYP Web portaldan çıxarılmış EQ 28518316 nömrəli elektron qərardan görünür ki, Şəxs “ Renault Megane” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan DİN-in DYP Web portaldan çıxarılmış EQ 28788008 nömrəli elektron qərardan görünür ki, Şəxs “ Renault Megane” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar