Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-54/2023 18.08.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X13 Aydın oğlunun sədrliyi, Eminov Elxan Elşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Naftalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, satıcı işləyən, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 26, mənzil 61-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Naftalan Şəhər Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün 18 avqust 2023-cü il tarixdə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən X8 tərəfindən tərtib edilmiş 18 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 18 avqust 2023-cü tarixdə saat 15:10 radələrində Naftalan şəhəri, Şirvan prospektində işlədiyi marketin qarşısında nalayiq ifadələr işlətmiş, həmçinin polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X8 protokolu əsaslandıraraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında qeyd etdi ki, o, işlədiyi marketdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq şöbəyə dəvət etmişlər. Dəvətin səbəbini soruşduqda isə əməkdaşlar ona heç bir məlumat verilməmişlər. Bu zaman o, ailə üzvlərinə məlumat vermək məqsədi ilə mağazaya daxil olaraq qapını bağlamış və telefon ilə danışmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə şöbəyə aparılmışdır. Yalnız yolda avtomobilin içərisində hərəkətdə olan zaman polis əməkdaşına avtomobili yavaş idarə etməsini bildirmişdir. O, ictimai qaydanı pozmamış və polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil bildirdi ki, Şəxs heç bir inzibati xəta törətməmişdir. Belə ki, onun vermiş olduğu izahatdan da görünür ki, o, polis şöbəsinə dəvət edilən zaman hər heç bir müqavimət göstərməmiş, həmçinin ictima qaydanı pozmamışdır. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsi və Şəxs məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Naftalan Şəhər Polis Şöbəsinin polis nəfəri X3 ifadə verərək bildirdi ki, 18 avqust 2023-cü il tarixdə, saat 15:10 radələrində Naftalan şəhəri, Şirvan prospektində polis nəfərləri Vüqar Rəhimov və Rövşən Nağıyevlə xidmətdə olan zaman növbətçi hissədən istintaq qrupunun icraatında olan X2 evində baş vermiş oğurluq ilə əlaqədar cinayət işi üzrə Şəxs izahatının alınmadı məqsədi ilə şöbəyə dəvət edilməsi bildirilmişdir. Bu məqsədlə Romanın işlətdiyi mağazaya yaxınlaşaraq onu izahat verməsi üçün şöbəyə dəvət etmişlər. Bu zaman Roman artıq şöbəyə gəlməkdən bezdiyini, heç yerə getməyəcəyini və heç bir izahat verməyəcəyini bildirərək, yüksək səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Romanı sakitləşdirməyə çalışsalar da, Roman onlara məhəl qoymadan tabesizlik göstərmiş və hərəkətlərini davam etdirmişdir. Daha sonra Roman şöbəyə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan Şəhər Polis Şöbəsinin polis nəfəri X4 şahid X1 ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun təqsiri şahidlərin ifadələri, inzibati xəta haqqında protokol, habelə digər iş materialları ilə tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əlavə edilmiş elektron portaldan çıxarılmış məlumatdan görünür ki, Şəxs xx.xx.2021-ci il təvəllüdlü X6 adında uşağı vardır. Odur ki, məhkəmə Şəxs himayəsində azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin əvvəli 18 avqust 2023-cü il, saat 18:50-dən hesablansın. Qərarın icrası Naftalan Şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X14
Məhkəmə qərarları › İş №3(052)-54/2023
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-54/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver