Məhkəmə qərarları › İş №3(052)-57/2025

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-57/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-57/2025 19.12.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X9 Aydın oğlunun sədrliyi, Əmrahov Elnur Qayim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan şəhər polis şöbəsinin İTBnin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, Goranboy rayon prokurorunun müavini X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni mümayəndəsi Qanuni nümayəndə və vəkili Vəkil iştirakı ilə, xx.xx.2008-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 13, mənzil 29-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddələri ilə Naftalan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Naftalan şəhər polis şöbəsində tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 19 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 08 dekabr 2025-ci il tarixdə, saat 20:29 radələrində Naftalan şəhəri, İ.Həsənzadə küçəsində Zərərçəkmiş şəxs döymüş və ona məxsus mobil telefonu sındırmışdır. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan şəhər polis şöbəsinin İTB-nin polis sahə rəisi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci və 232-1-ci maddələri ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında qanuni mümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək qeyd etdi ki, xx.xx.2025-ci il tarixdə, saat 20:29 radələrində anası İlhamə Əmiraslanova ilə birlikdə Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ilə piyada hərəkətdə olarkən onlarla əks istiqamətdən gələn Zərərçəkmiş şəxs yanlarından keçərkən anasının və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Şəfa ilə anası sözlü mübahisə etmişlər. Şəfa anasının üzərinə getməyə başlayanda anasını müdafiə etmək məqsədi ilə Şəfanı əli ilə kənara uzaqlaşdırmışdır. Həmin vaxt Şəfa özünü yerə ataraq qışqırmağa və onları təhdidlər etməyə başlamışdır. Bundan sonra o, anası ilə birlikdə oradan uzaqlaşmışdır. Həmçinin Şəfa yıxılan zaman onun əlində mobil telefon olmasından məlumatı olmamış və görməmişdir. O, Şəfanı döyməmış və onun əlində olan mobil telefonu sındırmamışdır. Lakin atası Qanuni nümayəndə tərəfindən Zərərçəkmiş şəxs məxsus mobil telefonun dəyəri olan 240 manat ona ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, X1 onun sinif yoldaşı olmuşdur. 2018-ci ildən aralarında olan şəxsi münasibətlər pozulmuş və hazırda aralarında ədavət qalmaqdadır. Ümumiyyətlə İlhamə onu hər gördüyündə, harada olmasından asılı olmayaraq xoşagəlməz ifadələrlə təhqir edir, müxtəlif atmacalar atmaqla onu acılayır. Lakin o, mümkün qədər İlhaməyə fikir verməməyə çalışır. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində piyada Naftalan şəhəri, İ.Həsənzadə küçəsində yerləşən 17 nömrəli binaya tərəf gedən zaman, həmin küçədə qarşı tərəfdən gələn X1 və onun oğlu Şəxs ilə qarşılaşmışlar. O, xeyir-şər evinin qarşısında olarkən İlhamə və övladı Uğur səbəbsiz yerə onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, o da, İlhaməyə cavab qaytardığı üçün aralarında mübahisə yaranmışdır. Bu zaman İlhamə yolundan qayıdaraq onun qabağını kəsmiş və onu nalayiq ifadələr ilə təhqir etmişdir. İlhamənin oğlu Uğur isə onu arxa tərəfindən əli ilə bərk itələmiş, o da üzü üstə yerə yıxılmış və xəsarətlər almışdır. Həmçinin yıxılan zaman əlində olan X11 markalı mobil telefon yerə çırpılaraq sınmışdır. Daha sonra onlar cəld şəkildə hadisə yerindən uzaqlaşmışlar. O, hadısə barədə DİN-nin 102 Xidmətinə müraciət etmişdir. Həmin vaxt yoldan keçən şəhər sakini idarə etdiyi nəqliyyat vasitəsi ilə onu Naftalan xəstəxanasına aparmışdır. Orada ona lazımi tibbi yardım göstərilmışdir. Hazırda bədənində küt ağrılar vardır. Şəxs qanuni mümayəndəsi Qanuni nümayəndə ona dəymiş 240 manat maddi ziyanı tam ödəmişdir. Odur ki, Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Lakin Uğurun İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs qanuni mümayəndəsi Qanuni nümayəndə izahat verərək bildirdi ki, hadisədən onun sonradan xəbəri olmuşdur. Şəfa ilə onun keçmiş həyat yoldaşı İlhamə arasında uzun illərdir davam edən ədavət vardır. Oğlu Uğur anasını müdafiə etmək üçün mübahisə zamanı onların arasına girmiş, bilməyərəkdən Şəfanı itələmişdir. Uğurun dediyinə görə Şəfanın telefonu mübahisə zamanı düşərək sınmamışdır. Lakin o, Şəfaya mobil telefonun dəyəri olan 240 manat ziyanı tam ödəmişdir. Məhkəmə iclasında Vəkil çıxış edərək Şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Goranboy rayon prokurorunun müavini X6 çıxış edərək bildirdi ki, məhkəmə iclasından əvvəl Şəxs ilə profilaktik söhbət etmiş, həmçinin iş materialları ilə tanış olmuşdur. Odur ki, Şəxsnin inzibati məsuliyyətə çəlb edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK1-298 nömrəli material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrinin tərkibi olduğundan inzibati xəta haqqında iş üzrə icraat açılması məqsədilə qərarın surəti aidiyyəti üzrə Naftalan ŞPŞ-ə verilməsi və həmin material üzrə X1 və Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan şəxslər barəsində inzibati xəta haqqındaiş üzrə icraat açılması məqsədilə qərarın surəti aidiyyəti üzrə Naftalan ŞPŞ verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” Birliyi PHŞ-nin Goranboy şöbəsinin verdiyi xx.xx.2025-ci il tarixli, 723 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) - sağ diz nahiyyəsinin sıyrığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinədən 2-3 gün əvvələ uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. "xxxx" MMC-nin verdiyi xx.xx.2025-ci il tarixli, DZ-0812.1/25 nömrəli əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, 01 ədəd “X11” Gold markalı mobil telefonun dəyəri 240.00 manat təşkil edir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş CD-ə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 20:29 dəqiqədə yolun kənarındakı səki ilə piyada hərəkətdə olmuş, bir neçə saniyə sonra iki nəfər qadın cinsli şəxslərin uca səslə mübahisə etdiyi eşidilmişdir. Eyni Cd-də olan gigər videogörüntüdən isə müəyyən edildi ki, iki nəfər şəxs küçə ilə piyada hərəkətdə olmuş, onlarla əks istiqamətdə səki ilə bir nəfər şəxs piyada hərəkətdə olmuş, daha sonra şəxslərdən ikisinin qarşı-qarşıya dayanması, üçüncü şəxsin səki üzərində dayanan şəxsi itələyərək yıxması, daha sonra oradan uzaqlaşmaları, yıxılan şəxsin isə ayağa qalxaraq onların arxasınca getməsi müşahidə edilmişdir. Məhkəmə ilk öncə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməllər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İşin müəyyən edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs qanuni nümayəndəsi tərəfindən zərər çəkmiş şəxsə dəymiş maddi zərər tam şəkildə ödədiyindən və zərərçəkmiş şəxs həmin maddə üzrə işə xitam verilməsini xahiş etdiyindən, İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yetkinlik yaşına çatmadan inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin nüvafiq maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar