Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 3(052)-58/2023 21.09.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X14 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə, "X16" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Goranboy rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "X16" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Goranboy rayon prokurorluğunda tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Goranboy rayon prokuroru vəzifəsini icra edən X4 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarında və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, "X16" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Goranboy rayon prokurorluğunun və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "X16" MMC-nin nümayəndəsi iclasa gəlməmişlər. Məhkəmə tərəflərin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 12 sentyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Goranboy rayon prokurorunun böyük köməkçisi X10 bildirmişdir ki, Goranboy rayon Tapqaraqoyunlu kənd sakini X6 24 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat vermişdir. X9 həmin gün Naftalan Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək X8 tərəfindən döyüldüyünü göstərmişdir. Xəyal Məmmədovun müraciəti əsasında Naftalan Şəhər Polis X3 araşdırılma aparılmış, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Material nəzarət qaydasında Goranboy Rayon Prokurorluğunda öyrənilərkən "X16" MMC-nin əmək müqaviləsi olmadan həmin şəxsi oteldə ofisant kimi işlətdiyi müəyyən edilmişdir. Odur ki, "X16" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati material ayrılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. 12 sentyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "X16" MMC-nin direktoru X2 izahatında bildirmişdir ki, "X16" MMC-nin rəhbəri olaraq o, 25 may 2023-cü il tarixdə Gəncə Peşə hazırlığı Mərkəzi ilə müqavilə bağlamışdır. Müqaviləyə əsasən Məşğulluğa dəstək layihəsi çərçivəsində işsiz vətəndaşların peşə hazırlığı keçməsi üçün birgə fəaliyyət göstərmələri təşkil edilmişdir. Sənan Ağazadə də, sanatoriyaya həmin mərkəz tərəfindən göndərilmiş və mərkəz tərəfindən maliyyələşdirilmiş işçilərdən olmuşdur. Bu səbəbdən onunla əmək müqaviləsi bağlanılmamışdır. Daha sonra hazırlıq kursu bitmiş və Sənan Ağazadə ilə 1 avqust 2023-cü il tarixində əmək müqaviləsi bağlanılmışdır. Bu səbəbdən hər hansı inzibati xəta hadisəsi baş verməmişdir. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirərək hesab edir ki, "X16" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Goranboy rayon prokurorluğunda tərtib edilmiş inzibati xəta haqqında material geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2023-cü il tarixdə "X16 MMC" ilə X8 arasında ofisiant vəzifəsi üzrə müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipinin əsasını təşkil edən Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Məhkəmə qeyd edir ki, material üzrə tam və lazımi qaydada araşdırma aparılmamışdır. Belə ki, X5 barəsində inzibati icraat aparılan “X16” MMC ilə 01 avqust 2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmazdan daha əvvəl hər hansı müəssisə və ya orqan tərəfindən maliyyələşdirilən şəxs olub-olmaması, cəmiyyətin direktoru X1 izahatında bildirdiyi kimi X5 peşə hazırlığı məqsədi ilə məşğulluq xidməti tərəfindən əməyə cəlb edilib-edilməməsi araşdırılmamış, həmçinin qiymət verilməmişdir. Qeyd edilən halların araşdırılaraq qiymət verilməsinə zərurət yarandığından material Goranboy rayon prokurorluğuna qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "X16" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Goranboy rayon prokurorluğunda tərtib edilmiş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X15
Məhkəmə qərarları › İş №3(052)-58/2023
Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №3(052)-58/2023
21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver