Məhkəmə qərarları › İş №3(052)-58/2025

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-58/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-58/2025 19.12.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X9 Aydın oğlunun sədrliyi, Əmrahov Elnur Qayim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan şəhər polis şöbəsinin İTB polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Naftalan şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbində müəllimə işləyən, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ev 13, mənzil 29-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Naftalan şəhər polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material 19 dekabr 2025-ci il tarixdə baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. 19 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 08 dekabr 2025-ci il tarixdə, saat 20:29 radələrində Naftalan şəhəri, İ.Həsənzadə küçəsində nalayiq ifadə işlədərək, uca səslə ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 510-cu maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 20:29 radələrində övladı X6 ilə birlikdə Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ilə piyada hərəkətfə olarkən həmin küçədə yerləşən xeyir-şər evinin qarşısında onlarla əks istiqamətdə gələn Şəfa Hüseynova səbəbsiz yerə onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. O, övladı ilə birlikdə Şəfaya yaxınlaşaraq, həmin sözləri kimə dediyini soruşmuşdur. Şəfa isə səkinin üzərində dayanaraq ona və övladına təhqirlər yağdırmağa davam etmişdir. Bundan sonra aralarında mübahisə olmuşdur. Şəfa oğlu Uğura tərəf əl-qol atmaq istədikdə Uğur onu əli ilə özündən kənarlaşdırmişdır. Həmin vaxt Şəfa özü yerə yıxılmışdır. O, ucadan səs-küy salmamış, ictimai yerdə nalayiq ifadələr işlətməmişdir. Şəfaya qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Yalnız oğlu Uğuru sakitləşdirmək üçün çalışarkən ola bilsin ki, uca səslə bunu ifadə etmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil çıxış edərək bildirdi ki, protokol tam əsassızdır. Belə ki, xırda xuliqanlıq əməlini törətmək üçün ilk növbədə həmin şəxsin buna dair niyyəti olmalıdır. Lakin işin faktiki hallarından görünür ki, Şəxs belə bir niyyəti olmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən olundu ki, Şəxs ümumiyyətlə qarşı tərəfə yönəlmiş hər hansı ifadə işlətməmiş, onu hər hansı formada təhqir etməmiş, eləcədə ictimai qaydanı pozmamışdır. Bu isə onu deməyə əsas verir ki, inzibati xəta hadisəsi baş verməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında X5 ifadə verərək bildirdi ki, Şəxs onun sinif yoldaşı olmuşdur. 2018-ci ildən aralarında olan şəxsi münasibətlər pozulmuş və hazırda aralarında ədavət qalmaqdadır. Ümumiyyətlə İlhamə onu hər gördüyündə, harada olmasından asılı olmayaraq xoşagəlməz ifadələrlə təhqir edir. Lakin o, mümkün qədər İlhaməyə fikir verməməyə çalışır. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində piyada Naftalan şəhəri, İ.Həsənzadə küçəsində yerləşən 17 nömrəli binaya tərəf gedən zaman, həmin küçədə qarşı tərəfdən gələn Şəxs və onun oğlu X6 ilə qarşılaşmışlar. O, xeyir-şər evinin qarşısında olarkən İlhamə və övladı Uğur səbəbsiz yerə onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, o da, İlhaməyə cavab qaytardığı üçün aralarında mübahisə yaranmışdır. Bu zaman İlhamə yolundan qayıdaraq onun qabağını kəsmiş və onu nalayiq ifadələr ilə təhqir etmişdir. İlhamənin oğlu Uğur isə onun arxa tərəfindən əli ilə bərk itələmiş, o da üzü üstə yerə yıxılmış və xəsarətlər almışdır. Həmçinin yıxılan zaman əlində olan X12 markalı mobil telefon yerə çırpılaraq sınmışdır. Daha sonra onlar cəld şəkildə hadisə yerindən uzaqlaşmışlar. O, hadısə barədə DİN-nin 102 Xidmətinə müraciət etmişdir. Həmin vaxt yoldan keçən şəhər sakini idarə etdiyi nəqliyyat vasitəsi ilə onu Naftalan xəstəxanasına aparmışdır. Orada ona lazımi tibbi yardım göstərilmışdir. Hazırda bədənində küt ağrılar vardır. Odur ki, Şəxs barəsində qanuni tənbeh tədbiri görülməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 dekabr 2025-ci il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış HK1-298 nömrəli material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, material üzrə X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1 -ci maddələrinin tərkibi olduğundan inzibati xəta haqqında iş üzrə icraat açılması məqsədilə qərarın surəti aidiyyəti üzrə Naftalan ŞPŞ-ə verilməsi və həmin material üzrə X5 və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan şəxslər barəsində inzibati xəta haqqındaiş üzrə icraat açılması məqsədilə qərarın surəti aidiyyəti üzrə Naftalan ŞPŞ verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş CD-ə baxış keçirilərkən müəyyən edilmişdir ki, Ş.Hüseynova xx.xx.2025-ci il tarixdə saat 20:29 dəqiqədə yolun kənarındakı səki ilə piyada hərəkətdə olmuş, bir neçə saniyə sonra iki nəfər qadın cinsli şəxslərin uca səslə mübahisə etdiyi eşidilmişdir. Eyni Cd-də olan gigər videogörüntüdən isə müəyyən edildi ki, iki nəfər şəxs küçə ilə piyada hərəkətdə olmuş, onlarla əks istiqamətdə səki ilə bir nəfər şəxs piyada hərəkətdə olmuş, daha sonra şəxslərdən ikisinin qarşı-qarşıya dayanması, üçüncü şəxsin səki üzərində dayanan şəxsi itələyərək yıxması, daha sonra oradan uzaqlaşmaları, yıxılan şəxsin isə ayağa qalxaraq onların arxasınca getməsi müşahidə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsnun əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar