Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-66/2023 27.10.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X6 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan Şəhər Polis Şöbəsinin İTBnin xidmət üzrə baş inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu il-də Belarusiya Respublikasının Qomel şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Goranboy rayonu, Safıkürd kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsində tərtib edilmiş material baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 27 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, xx.xx.2023-cü il, saat 18:30-da Əsədov X4 şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 6 və 18 nömrəli binaların arasında özünə məxsus avtomobildə saxlanılaraq Naftala ŞPŞ-nə gətirilmiş və avtomobilinə baxış keçirilən zaman oradan 2.21 qram qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmiş və bu səbəbdən barəsində cinayət işi olmuşdur. Lakin cəzasını çəkib qurtardıqdan sonra bir neçə ildir ki, istifadə etmir. Son olaraq beş ay əvvəl toy şənliyində olarkən spirtli içkinin təsiri altında olduğu üçün marixuana çəkmiş olsa da, hazırda istifadə etmir. 26 oktyabr 2023-cü il tarixdə saxlanılmasına səbəb isə avtomobili sürətli idarə etməsi olmuşdur. Bu zaman avtomobilinə baxış keçirilərkən daha əvvəldən avtomobilin bardoçok adlanan hissəsinə özü tərəfindən atmış olduğu üzərlik qırıntıları aşkar edilmişdir. Həmin vaxt polis əməkdaşlarına da, həmin qırıntıların üzərlik olduğunu bildirmiş, onlar da razılaşmışlar. Sonradan həmin üzərlik qırıntılarının guya narkotik vasitə marixuana olduğu müəyyən olunmuşdur. Lakin bu belə deyildir. Əsassız şəkildə şərlənərək məhkəməyə gətirilmişdir. Bu səbəbdən işə xitam verilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il, saat 18:30 radələrində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, material üzrə İXM-nin 206-cı maddəsi ilə iş üzrə icraat aparılması üçün qərarın surəti aidiyyəti üzrə Naftalan ŞPŞ-nə göndərilmişdir. İş materiallarında olan Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli 1764 nömrəli rəydə qeyd edilmişdir ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 bölməsi tərəfindən təqdim edilmiş 27 oktyabr 2023-cü il tarixli, 16/1132 nömrəli rəydə qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Şəxs Faiz oğluna məxsus avtomobilin bardoçokundan aşkar edilmiş bitki mənşəli kütlə” sözləri və imzalar olan kağız paketdəki; - 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 2.21 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. (Marixuananın təmiz çəkiləri – 2.21 qr, tədqiqata sərf edildi -0.02 qr, qalıq 2.19 qr. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inizbati xətanı etiraf etməsə də, onun əməli işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.4-cü maddəsində qeyd edilmişdir ki, şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Odur ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsində qeyd edilmişdir ki, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 94.11-ci maddəsində qeyd edilmişdir ki, götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün barəsində inzibati həbs tənbehinin tətbiq edilməsi daha əsaslıdır. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəzalandırılmalı, həmçinin həbs tənbeh növünun müddəti seçilərkən onun xx.xx.2023-cü il tarixdən saxlanılmış olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 26 oktyabr 2023-cü il, saat 18:30-dan hesablansın. Qərarın icrası Naftalan Şəhər Polis Şöbəsinə tapşırılsın. İş üzrə aparılmış narkoloji ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Şəxs avtomobilindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,19 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın maddi sübutun məhv edilməsinə dair hissədə icrası Naftalan Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(052)-66/2023
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-66/2023
27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver