Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-7/2023 26.01.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X17 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naftalan Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, baş leytenant X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.2004-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Naftalan Şəhər Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material 26 yanvar 2023-cü il tarixdə baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. 26 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 yanvar 2023-cü il tarixdə, saat 23:50 radələrində Naftalan şəhərində yerləşən “Top.az” məntəqəsinin qarşısında Şahin Əmrahov adlı şəxs ilə mübahisə edərək ictimai qaydanı pozmuş, daha sonra polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6 izahat verərək bildirdi ki, 25 yanvar 2023-cü il tarixdə, saat 23:50 radələrində Naftalan şəhəri ərazisində “Top.az” məntəqəsinin qarşısında 4 nəfər şəxs arasında uca səslə mübahisə baş vermiş, bu səbəbdən polis əməkdaşları həmin əraziyə yaxınlaşaraq ictimai qaydanı bərpa etməyə çalışmışlar. X4, X8 və X1 xidməti avtomobilə mindirilmiş, bu zaman ilk olaraq oradan uzaqlaşmış Şəxs təkrar oraya qayıdaraq avtomobilin qapısının açılmasını tələb etmiş və polis əməkdaşlarından avtomobilə mindirmiş olduqları 3 nəfəri buraxmalarını istəmişdir. Buna səbəb kimi isə baş vermiş mübahisədə yalnız özünün təqsirkar olduğunu, digər şəxslərin nahaq yerə tutulmuş olmalarında göstərmişdir. Tural və digər şəxslərin hər biri bu zaman sərxoş vəziyyətdə olmuşlar. Polis əməkdaşları Şəxs sakitləşdirməyə cəhd etsələr də, o, uca səslə kobud ifadələr işlədərək tabesizlik göstərmişdir. Dəfələrlə intizama dəvət olunsa da, Tural polisin qanuni tələblərinə qəsdən məhəl qoymamışdır. Bu səbədən o da, digər şəxslərlə birlikdə Naftalan ŞPŞ-yə gətirilmiş və barələrində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək ifadəsində qeyd etdi ki, o, Şahin Əmrahovu əvvəllər tanımamış, onunla həmin gün Goranboy rayonunda tanışının əsgər yığıncağında tanış olmuşdur. Orada sok qədəhinin şalvarının üzərinə aşırtmasına görə Sahin ilə aralarında mübahisələri olmuşdur. 25 yanvar 2023-cü il tarixdə, saat 23:50 radələrində Naftalan şəhərində yerləşən “Top.az” məntəqəsinin qarşısında Şahin Əmrahovla görüşərək söhbət etmiş, bu zaman içkili olduqları üçün istəmədən uca səslə mübahisə etməyə başlamışlar. Səsküyə ətrafda olan digər şəxslər, eləcədə dostu Cavidan gələrək onlara yaxınlaşmışdır. Daha sonra oraya polis əməkdaşları gəlmiş, onlar Şahini, Cavidanı və digər bir şəxsi avtomobilə otuzduraraq aparmaq istəmişlər. Həmin vaxt o, maşının qapısını açaraq mübahisəyə onun səbəb olduğunu, bu səbəbdən həmin şəxsləri buraxaraq onu tutmalarını polislərdən istəmişdir. Lakin polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərməmişdir. Məhkəmədən barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin rəisi X5 ifadə verərək bildirdi ki, 25 yanvar 2023-cü il tarixdə, saat 23:50 radələrində Naftalan şəhəri ərazisində yerləşən “Top.az” məntəqəsinin yaxınlığında dörd nəfər şəxsin sərxoş halda uca səslə mübahisə etmələri barədə şöbəyə məlumat daxil olmuş, bu səbədən xidmətdə olan polis əməkdaşları və o, qeyd edilən yerə yaxınlaşmışlar. Bu zaman mübahisə iştirakçıları olan şəxslərdən X4, X8 və X1 xidməti avtomobilə otuzdurulmuşdur. Bir qədər sonra mübahisənin digər iştirakçısı olan Şəxs xidməti avtomobilə yaxınlaşaraq məcburi şəkildə avtomobilin qapısını açmağa çalışmış və uca səslə mübahisənin səbəbkarı o özü olduğunu, bu səbəbdən tutulmuş digər şəxslərin buraxılmasını tələb etmişdir. Şəxs tərəflərindən dəfələrə etmiş olduğu əməlin inzibati pozuntu olduğu deyilmiş olsa da, o, polisin qanuni tələbinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən həmin şəxslər şöbəyə gətirilmiş və barələrində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan Şəhər Polis Şöbəsinin PPXTnin polis nəfəri X10 digər şahid X2 ifadəsinin məzmununa oxşar ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 26 yanvar 2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:05-də inzibati qaydada tutulmuşdur; Naftalan Şəhər Mərkəzi X7 Şəxs tərəfindən verilmiş 26 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs 26 yanvar 2023-cü il tarixdə sərxoşluğun müayinə olunması ilə bağlı Naftalan Şəhər Mərkəzi X7 Şəxsin TTTY şöbəsinə müraciət etmiş və müayinə nəticəsində vətəndaşın “yüngül dərəcəli” sərxoş olduğu aşkar edilmişdir; İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün qismən etirafedici izahatından başqa, araşdırılmış digər sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid izahatları və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli qismən etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən Şəxs inzibati xətanı sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun inzibati qaydada tutulduğu 26 yanvar 2023-cü il tarixdən, saat 00:05-dən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu 26 yanvar 2023-cü il, saat 00:05-dən hesablansın. Qərarın icrası Naftalan Şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №3(052)-7/2023
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-7/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver