Məhkəmə qərarları › İş №3(052)-7/2024

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-7/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-7/2024 12.03.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X9 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs polis kapitanı X4 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1988-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşgul olan, Goranboy rayonu Safıkürd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs Şəxs 11 fevral 2024-cü il tarixdə saat 17 radələrində sürücülük hüququ olmadan X2 faktiki sahibliyində olan VAZ- 21015 markalı **-CF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə yaşayış məntəqəsi hesab olunan Naftalan şəhəri, Nizami küçəsində və Habil Əliyev küçəsində hərəkətdə olan zaman yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən ayırmamalı, avtomobili mövcud yol şəraitində hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi surətlə idarə etməli və avtomobili öz hərəkət zolağı ilə dayanıqlı hərəkətini təmin etməli, hərəkət üçün təhlükə yaratmamalı olduğu halda bunlara riyaət etməməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 50-cİ maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq Naftalan şəhər, Habil Əliyev küçəsində yolun sol tərəfində dayanmış vəziyyətdə X1 məxsus “Vaz 21074” markalı, **-BN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sol tərəfini sürtərək, həmin nəqliyyat vasitəsinə maddi zərər yetirmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirdi ki, 11 fevral 2024-cü il tarixdə saat 17 radələrində sürücülük hüququ olmadan, tanışı X3 məxsus “VAZ- 21015” markalı **-CF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərək, Naftalan şəhər, Habil Əliyev küçəsində yolun sol tərəfində dayanmış vəziyyətdə olan X1 məxsus “Vaz 21074” markalı, **-BN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sol tərəfini sürtərək əzmişdir. Lakin həmin vaxt sərxoş olduğu üçün həmin avtomobilə zərər yetirdiyini hiss etməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Özünü inzibati xətanın törədilməsində tam təqsirli bilir. Əməlindən peşmandır. Digər avtomobilə dəymiş maddi ziyanın qarşılanması barədə razılıq əldə olunmuşdur. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin tərkib əlaməti olduğundan qərarın surəti Naftlan Şəhər Polis Şöbəsinin DYPQ-na göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və şəxsin özünün etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar