Məhkəmə qərarları › İş №3(052)-7/2025

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-7/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-7/2025 27.02.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş İXP ******* nömrəli 03 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “X2” yük markalı, 99BD858 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə İXP ******* nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanunla müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan görünür ki, Bayramlı X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş AsanPay ödəniş sistemindən çıxarışdan görünür ki, Şəxs İXP ******* saylı protokol üzrə cəriməni dəbbə pulu ilə birlikdə, yəni 64 (altmış dörd) manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Eyni Məcəllənin 529-cu maddəsinin Qeyd hissəsində yazılmışdır ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, maddi hüquq normalarının tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs TP ******* saylı qərar üzrə ona təyin olunmuş cəriməni dəbbə pulu ilə birlikdə, yəni 64 (altmış dörd) manat pulu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyindən o, inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Bayramlı X1 xəta haqqında protokol (İXP 6546367) üzrə ona təyin olunmuş cəriməni dəbbə pulu ilə birlikdə ödədiyindən inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar