Məhkəmə qərarları › İş №3(052)-71/2023

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-71/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-71/2023 11.12.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X15 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Naftalan şəhər İcra və probasiya şöbəsinin rəisi X2, X1 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Goranboy rayonu, Qaşaltı kəndində doğulmuş, Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Naftalan Şəhər Məhkəməsinin 2(052)-57/2023 saylı, 14 mart 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 09 sentyabr 2011-cü il təvəllüdlü X5, 07 dekabr 2012-ci il təvəllüdlü X4 və 02 fevral 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 06 fevral 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Şəxs heç bir üzrlü səbəb göstərmədən öz öhdəsinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Naftalan Şəhər İcra və probasiya şöbəsinin rəisi X6 məhkəmə iclasında bildirdi ki, Naftalan Şəhər Məhkəməsinin 2(052)-57/2023 saylı, 14 mart 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay bir uşağa görə 80 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, icra sənədi üzrə borcunu ödəmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclunun hazırda ümumilikdə 2400 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Borclu icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlmədiyində barəsində axratış elan edilmiş və Naftalan ŞPŞ-nin əməkdaşları tərəfindən onun icra şöbəsinə gətirilməsi təmin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Naftalan Şəhər Məhkəməsinin müvafiq qətnaməsi ilə müəyyən edilmiş alimenti maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Hazırda heç bir ödəniş edə bilmir. Hazırda tələbkar ondan aliment üzrə yaranmış borclarını tələb etmir, o isə, qarşılığında bundan sonra tələbkarı narahat etməyəcəyinə dair söz verir. Odur ki, aralarında yaranmış qarşılıqlı razılaşmanı nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X9 izahat verərək bildirdi ki, Naftalan Şəhər Məhkəməsinin müvafiq icra sənədinə əsasən Şəxs ona ümumilikdə 2400 manat məbləğində aliment borcu vardır. Borclu daim zənglər edərək onu təhqir edir, nalayiq ifadələr işlədir. Dəfələrlə xəbərdalıq etməsinə baxmayaraq borclu nalayiq hərəkətlərindən əl çəkməmişdir. Lakin borclu hazırda belə hallara yol verməyəcəyinə söz verir. Bu səbəbdən hazırda ödənilməmiş borc məbləğlərinə münasibətdə borclu ilə aralarında razılıq əldə olunmuşdur. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasn inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə hazırkı iş üzrə borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində işə baxan Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar