Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-8/2023 26.01.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X17 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naftalan Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, baş leytenant X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə. xx.xx.2005-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Goranboy rayonu Tatarlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Naftalan Şəhər Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material 26 yanvar 2023-cü il tarixdə baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. 26 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 yanvar 2023-cü il tarixdə, saat 23:50 radələrində Naftalan şəhərində yerləşən “Top.az” məntəqəsinin qarşısında Tural Həsənovla mübahisə edərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6 izahat verərək bildirdi ki, 25 yanvar 2023-cü il tarixdə, saat 23:50 radələrində Naftalan şəhəri ərazisində yerləşən “Top.az” məntəqəsinin qarşısında 4 nəfər şəxs arasında uca səslə mübahisə baş vermiş, bu səbəbdən polis əməkdaşları həmin əraziyə yaxınlaşaraq ictimai qaydanı bərpa etməyə çalışmışlar. X4, X8 və Şəxs saxlanılaraq xidməti avtomobilə mindirilmiş, bu zaman ilk olaraq oradan uzaqlaşmış X9 təkrar oraya qayıdaraq avtomobilin qapısının açılmasını tələb etmiş və polis əməkdaşlarından avtomobilə mindirmiş olduqları 3 nəfəri buraxmalarını istəmişdir. Buna səbəb kimi isə baş vermiş mübahisədə yalnız özünün təqsirkar olduğunu, digər şəxslərin nahaq yerə tutulmuş olmalarında göstərmişdir. Tural və digər şəxslərin hər biri bu zaman sərxoş vəziyyətdə olmuşlar. Həmin şəxslər Naftalan ŞPŞ-yə gətirilmiş və barələrində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 25 yanvar 2023-cü il tarixdə, saat 23:50 radələrində Naftalan şəhərində yerləşən “Top.az” məntəqəsinin qarşısında əvvəllər tanımadığı, həmin gün tanış olduğu Tural Həsənov adlı şəxs ilə mübahisə etmişlər. Bu zaman mübahisəyə Turalın yaxın dostu Cavidan da qoşulmuşdur. Sərxoş olduqları üçün mübahisə zamanı səslərini ucaltmışlar. Tural ilə həmin gün Goranboy rayonunda baş tutmuş əsgər yığıncağında tanış olmuş, orada aralarında sözlü mübahisə baş vermişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin rəisi X5 ifadə verərək bildirdi ki, 25 yanvar 2023-cü il tarixdə, saat 23:50 radələrində Naftalan şəhəri ərazisində yerləşən “Top.az” məntəqəsinin yaxınlığında dörd nəfər şəxsin sərxoş halda uca səslə mübahisə etmələri barədə şöbəyə məlumat daxil olmuş, bu səbədən xidmətdə olan polis əməkdaşları və o, qeyd edilən yerə yaxınlaşmışlar. Bu zaman mübahisə iştirakçıları olan şəxslərdən X4, X8 və Şəxs saxlanılaraq xidməti avtomobilə otuzdurulmuşdur. Bir qədər sonra mübahisənin digər iştirakçısı olan X9 xidməti avtomobilə yaxınlaşaraq məcburi şəkildə avtomobilin qapısını açmağa çalışmış və uca səslə mübahisənin səbəbkarı o özü olduğunu, bu səbəbdən tutulmuş digər şəxslərin buraxılmasını tələb etmişdir. Tural Həsənova tərəflərindən dəfələrə etmiş olduğu əməlin inzibati pozuntu olduğu deyilmiş olsa da, o, polisin qanuni tələbinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən həmin şəxslər şöbəyə gətirilmiş və barələrində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan Şəhər Polis Şöbəsinin PPXT-nin polis nəfəri X10 digər şahid X1 ifadəsinin məzmununa oxşar ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 26 yanvar 2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:05-də inzibati qaydada tutulmuşdur; Naftalan Şəhər Mərkəzi X7 Şəxs tərəfindən verilmiş 26 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs 26 yanvar 2023-cü il tarixdə sərxoşluğun müayinə olunması ilə bağlı Naftalan Şəhər Mərkəzi X7 Şəxsin TTTY şöbəsinə müraciət etmiş və müayinə nəticəsində vətəndaşın “yüngül dərəcəli” sərxoş olduğu aşkar edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici ifadəsindən başqa, araşdırılmış sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, İXM-in 33.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanı sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin İXM-in 31.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 (əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №3(052)-8/2023
Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-8/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver