Məhkəmə qərarları › İş №3(052)-8/2024

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-8/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-8/2024 18.03.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X7 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan Şəhər Polis Şöbəsinin İTBnin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə. xx.xx.1958-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Naftalan Şəhər Pölis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş sənədlər baxılması üçün 18 mart 2024-cü il tarixdə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 16 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kənd sakini Zərərçəkmiş şəxs məxsus qapının rəzəsini sındırmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 çıxış edərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kənd sakini Zərərçəkmiş şəxs məxsus qapının rəzəsini sındırmışdır. Onun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 232-1-ci maddəsinin təkibi olduğundan, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, zərərçəkmiş şəxs X3 onun qonşuluğunda yaşayır. Ramiyyə onun evinə gedən yeganə yolun üzərini zəbt edərək, ora əlavə qapı bərkitmiş və içəridə xırdabuynuzlu heyvanlar saxlamağa başlamışdır. O da, məcburiyyət qarşısında qalaraq hər dəfə evinə girib çıxan vaxt iki qapıdan keçməli olmuşdur. Həmçinin Ramiyyə hər dəfəsində ondan həmin qapını bağlamasını xahiş etmişdir. Bu isə onun haqlı narazılığına səbəb olurdu. Bununla bağlı müvafiq icra nümayəndəliyinə və bələdiyyə orqanına müraciət etdikdən sonra, həmin qapını şəxsi təşəbbüsü ilə oradan kənarlaşdırmaq qərarına gəlmişdir. Qapını yerindən qaldıran zaman isə qapıda olan petlələrdən biri qırılmışdır. Hazırda zərəçəkmiş şəxs ilə aralarında razılıq əldə oluduğundan və ona dəymiş ziyan tam şəkildə ödənildiyindən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, Şəxs onun qonşusudur. Dayısından qalmış və hazırda onun istifadəsində olan torpaq sahəsi vardır ki, o, həmin sahənin girişinə qapı bərkitmişdir. Şəxs isə daha əvvəldən başqa yerdən həyətinə giriş yolu olsa da, hazırda onun istifadəsində olan yerdən həyətinə girib-çıxır. Dəfələrlə ondan girib-çıxarkən qapını örtməsini xahiş etsə də, o, buna əməl etməmişdir. Həmçinin Şəxs aralarında yaranan mübahisələr zamanı ona qarşı daim əxlaqsız ifadələr işlətmişdir. Daha sonra Feyzi qapını oradan çıxarmaq istəyərkən qapının bir ədəd petləsini sındıraraq ona maddi ziyan vurmuşdur. Hazırda Şəxs ona dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. Ondan şikayət və tələbi yoxdur. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat açılması məqsədi ilə qərarın surəti Naftlan Şəhər Polis Şöbəsinə verilmişdir. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim edilmiş uzunluğu 4 metr, eni 1 metr olan kənarları dəmir çərçivədən hazırlanmış daxili metal tordan ibarət qapının 1 ədəd rəzəsinin üzərində fiziki qüvvə tətbiq olunmaqla sındırılma əlamətləri müşahidə edildi. Qeyd edilən metal torlu qapının təmir olunaraq əvvəlki vəziyyətinə qaytarılması üçün xidmət və material haqqı ilə birlikdə ümumilikdə 25 manat vəsait lazımdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232- 1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İşin təsvir edilmiş hallarını və ona tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs zərər çəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəyərək, onunla barışdığından, İXM-in 39.2-ci maddəsinə əsasən o, inzibati məsuliyyətdən azad edilməli və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış iş üzrə həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar