Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-1/2024 17.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə xx xxxxxx 1990-cı il tarixdə Neftaçala rayonu, Aşağı Surra kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyəti olmayan, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala Rayon Polis Şöbəsinin DYPB-nin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş, 19 dekabr 2023-cü il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 19 dekabr 2023-cü il tarixdə, saat 15:40 radələrində Şəxs özünə məxsus bir baş inəyi yolun hərəkət hissəsinə nəzarətsiz buraxmış, nəticədə bir baş inək Zərərçəkmiş şəxs idarə etdiyi “Khazar” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və yol nəqliyyat hadisəsi baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan şəxs Şəxs işin məhkəmə baxışı zamanı yuxarıda göstərilənlərə uyğun məzmunlu izahat verərək törətdiyi inzibati xətaya görə peşman olduğunu bildirmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq göndərilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Neftçala Rayon Məhkəməsinin 3(053)-1/2024 nömrəli iş üzrə 09 yanvar 2024-cü il tarixli qərardadı ilə işin açıq məhkəmə baxışı 17 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 330 nömrəli tibbi müayinə protokolundan görünür ki, 1998-ci il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs ayıqdır, onda alkoqolun qəbulu əlamətləri yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi halı işdə iştirak edən şəxsin izahatı ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-1/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-1/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver