Məhkəmə qərarları › İş №3(053)-109/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-109/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-109/2023 28.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 28 mart 2023-cü ildə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Məhkəmə həmin məsələlərə baxaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda «inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti» göstərilməlidir. İnzibati xəta haqqında protokolda törədilmiş inzibati xətanın mahiyyəti kimi aşağıdakılar qeyd olunur: «Neftçala r-n məhkəməsinin 2(053)-541/2019 saylı 02 sentyabr 2019-cu il tar. icra sənədini icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir». Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsində ifadə olunur. Göründüyü kimi, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti təsvir olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı hansı konkret əməllə törətdiyi (həmin inzibati xətanın tərkibinin obyektiv cəhətdən mövcud olduğu) qısa və konkret formada açıqlanmalı, həmin açıqlama əməlin İXM-nin 528.1-1-ci maddəsi ilə tövsifini əsaslandırmalıdır. 28 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti kimi göstərilənlər isə inzibati xətanın mahiyyətini açıqlamır, əməlin İXM-nin 528.1-1-ci maddəsi ilə tövsifini əsaslandırmırlar. Belə ki, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti kimi təsvir olunanlar şəxsin İXM-nin 528.1-1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasına əsas ola bilər. Yəni icra məmuru inzibati xəta haqqında protokolda Şəxs əməlini Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə tövsif etdiyinə baxmayaraq, onun törətdiyi inzibati xətanın mahiyyətini 528.1-1-ci maddəyə uyğun şəkildə deyil, həmin Məcəllənin 528.1-ci maddəsinə uyğun şəkildə təsvir etmişdir. Beləliklə, 28 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin 100.1.4-cü maddəsinin tələbləri pozulub. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 28 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar