Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-112/2024 13.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3, tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxx 1977-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 13 mart 2024-cü ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 07 noyabr 2023-cü ildə verilmiş 07 noyabr 2023-cü il tarixli 2(053)-608/2023 nömrəli icra vərəqəsinə əsasən 28 aprel 2013-cü il təvəllüdlü X2, 29 yanvar 2015-ci il təvəllüdlü X1 və 16 fevral 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh Şəxs Neftçala Rayon Məhkəməsinin 2(053)- 608/2023 nömrəli iş üzrə 07 avqust 2023-cü il tarixli qərardadı nəzərə alınmaqla hər ay, hər bir uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İnzibati xəta haqqında protokoldan və icra işindən görünür ki, icra sənədi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlanaraq borcluya qərar və bildiriş təqdim edilmişdir. Borclunun aliment borcu yarandığından onun əmlak vəziyyəti və gəlirinin yoxlanılması üçün aidiyyəti orqanlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönələ biləcəyi əmlakını və gəlirini müəyyən etmək mümkün olmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq o, aliment borcunu tam ödəməmiş, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmiş, çağırışlara gəlməkdən yayınmış, bu səbəbdən barəsində axtarış elan olunmuşdur. Borclu bu gün icra şöbəsinə polis əməkdaşları tərəfindən gətirilib. Hazırda borclunun 2.950 manat aliment borcu var. Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı aliment borcunun vaxtlı-vaxtında ödəməməsini maddi vəziyyəti ilə izah etmişdir. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, borclu Şəxs uşaqlarına heç vaxt normal qayğı göstərməmiş, üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Borclunun məsuliyyətsizliyi üzündən uşaqları maddi cəhətdən normal qaydada təmin edə bilmir. Ona görə də borclu barəsində qanunamüvafiq olaraq ciddi tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğini üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə bu qənaətə gələrkən həmçinin borcun miqdarını da nəzərə alır və hesab edir ki, bu məbləğ Şəxs alimenti davamlı olaraq ödəmədiyini təsdiq edir. Borclu hər ay ümumilikdə 360 manat miqdarında aliment ödəməli olduğu halda onun bu gün üçün aliment borcu 2.950 manat təşkil edir ki, bu da onun xeyli müddət aliment ödəmədiyini təsdiq edir. O, ötən dövrdə ümumilikdə 650 manat aliment ödəyib. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 13 mart 2024-cü il saat 14.50-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-112/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-112/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver