Məhkəmə qərarları › İş №3(053)-120/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-120/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-120/2023 11.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə 03 avqust 1999-cu ildə Neftçala rayonu, Kürqarabucaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Kürqarabucaq kəndində qeydiyyatda olan və yaşayan, 10 aprel 2023-cü il saat 22:10dan etibarən inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 10 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 10 aprel 2023-cü ildə saat 21.35 radələrində Neftçala rayonu, Aşağı Qaramanlı kənd sakini Zərərçəkmiş şəxs Gülağa oğlunun yaşadığı ünvana gələrək xırda xuliqanlıq əməli törətmiş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq olunması hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, o cümlədən ucadan nalayiq söyüşlər söymüş, həmçinin Zərərçəkmiş şəxs müraciəti ilə əlaqədar hadisə yerinə gəlmiş və ictimai qaydanı bərpa etmək üçün onu sakitləşməyə çalışan polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat verərək əməlindən peşman olduğunu bildirmişdir. O cümlədən qeyd edir ki, Zərərçəkmiş şəxs Zöhra adlı qızını sevdiyi üçün bir neçə dəfə onun yaşadığı ünvana getmişdir. 10 aprel 2023-cü il tarixdə də eyni səbəblə həmin ünvana getmiş və orada Zərərçəkmiş şəxs ona veriləsi qızı olmadığını bildirdikdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbiləşərək söyüşlər söyməyə başlamışdır. Bundan sonra Zərərçəkmiş şəxs telefonla zəng edib polis əməkdaşlarına məlumat vermişdir. Bununla əlaqədar hadisə yerinə polis əməkdaşları gəlmiş və ondan sakitləşməsini tələb etmişlər. Polis əməkdaşlarının tələbinə əməl etmədiyinə görə onu Neftçala RPŞ-nə gətirmişlər. İşin məhkəmə baxışı zamanı zərər çəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs onun qızını daim narahat edir. Eyni zamanda mütəmadi olaraq onların yaşadığı ünvana gələrək onunla mübahisə edir. Sonuncu dəfə 10 aprel 2023-cü il tarixdə saat 21.35 radələrində yaşadığı evin yaxınlığında Rahimlə rastlaşmışdır. Həmin vaxt Rahimə bu hərəkətlərini irad tutduqda Rahim onunla mübahisə etməyə başlamış və ucadan ünvansız söyüşlər söyərək səs-küy yaratmışdır. Onun bu hərəkətlərinin qarşısının alınması üçün Neftçala RPŞ-nə məlumat vermişdir. Bununla əlaqədar hadisə yerinə gələn polis əməkdaşları onu nizam-intizam dəvət etsələr də Rahim onların qanuni tələblərinə məhəl qoymadan hərəkətlərini davam etdirmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Məhkəmədən inzibati xəta törətmiş şəxs Şəxs barəsində tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafı ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Ona görə də o, həmin maddələrlə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». İşin faktik hallarını və inzibati xətalar qanunvericiliyinin yuxarıda göstərilən müddəasının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin daha ciddi sayılan 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə «inzibati həbs» növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində həmin Məcəllənin 535.1-cı maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 10 aprel 2023-cü il saat 22:10-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar