Məhkəmə qərarları › İş №3(053)-122/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-122/2023

12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-122/2023 12.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X1 və X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirləndirilməsinə dair 10 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunur ki, Salyan-Neftçala magistral avtomobil yolunun Neftçala rayonu, Aşağı Surra kəndindən keçən hissəsində, yolun kənarında fəaliyyət göstərən Şəxs MMC-yə aid marketin fəaliyyəti zamanı orada formalaşan tullantılar kollektora atılaraq orada qalaqlanmış və yandırılmışdır. İşə məhkəmə iclasında baxılması zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X4 və X3 inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu ifadələr vermişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati tənbeh verilməsini məhkəmədən xahiş edirlər. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında protokola 16 fevral 2023-cü il tarixli, 77662 nömrəli akt əlavə edilmişdir. Aktın məzmunundan görünür ki, Salyan-Neftçala magistral yolunun Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində, yolun sağ tərəfində (yolun kənarında) fəaliyyət göstərən Şəxsin arxasından keçən kollektora müxtəlif növ tullantıların atıldığı müşahidə edilmişdir. Bununla bağlı araşdırma zərurəti yarandığından Şəxsin arxa hissəsindən keçən qrunt sularının axıdılması üçün istifadə olunan dren kollektorunda müxtəlif növ tullantıların qalaqlanaraq yandırıldığı əraziyə marketin əməkdaşlarını dəvət edərək aşkar olunmuş nöqsanlarla bağlı marketdə fəaliyyət göstərən, şöbə müdirinin müavini işləyən, kənd sakini olan X6 izahat verərək Şəxsin tullantılarının daşınması üçün müqaviləsinin olmadığını və tullantıların marketin arxa tərəfindəki kollektora atılaraq yadırılmasını etiraf etmişdir. Eyni zamanda əraziyə baxış zamanı müəyyən olunmuşdur ki, Şəxsin fəaliyyəti zamanı formalaşan müxtəlif cür tullantılar marketin arxasından keçən, qrunt sularının axıdılması üçün istifadə olunan dren kollektorunun içərisinə yığılaraq orada mütəmadi olaraq yandırılaraq ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməmişdir. Bununla bağlı iş materiallarına Şəxsin Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən və fəaliyyət göstərən filialının şöbə müdirinin müavinin izahatı, onun və Şəxsin arxa tərəfindən keçən dren kanalının ətrafına qalaqlanmış tullantıların fotoşəkilləri əlavə edilmişdir. Bu fotoşəkillərə baxdıqda aşkar görünür ki, tullantıların atılması üçün müvafiq qutular (konteynerlər) ərazidə yoxdur, tullantılar isə marketin arxa tərəfinə yığılaraq qalaqlanmış vəziyyətdə yerləşirlər. Bu ərazinin isə Şəxs MMC tərəfindən tullantılarla çirkləndirilməsi halı isə iş materialları ilə təsdiq olunur. Bundan başqa Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən qeyd olunan pozuntu ilə bağlı iş materiallarına əlavə edilmiş bir ədəd DVD diskə məhkəmə iclası zamanı baxış keçirilmiş və yuxarıda qeyd olunmuş inzibati xətanın törədilməsi faktı aşkar şəkildə öz əksini tapmışdır. Beləliklə, iş materialları ilə hüquqi şəxs Şəxs MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı tam olaraq təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır”. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək 6.500 (altı min beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar