Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-124/2023 16.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs hüquqi şəxs Şəxs direktoru X2 iştirakı ilə ünvan 1 ünvanında yerləşən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə 10 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 10 aprel 2023-ci il tarixli, 00100-00635/23 nömrəli protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, İran İslam Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ünvanına 256 saylı, xx.xx.2023-cü il tarixli invoys sənədi ilə müşayət edilən, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomaşında daşınan mallar **********0286 saylı, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. xx.xx.2023-cü il tarixdə sözügedən mallara keçirilən gömrük yoxlaması zamanı gömrük bəyannaməsinin 1-ci mal mövqeyində olan "Soyudulmuş belamur, xanı və sazan balıqları" adlı yükün brutto çəkisinin 11300 kq, netto çəkisinin 7900 kq olaraq göstərildiyi halda həmin yüklərin netto çəkisinin qeyd ediləndən 5300 kq az, yəni 2600 kq olduğu və bəyannamədə qeyd edilməyən netto çəkisi 3800 kq olan "Forel balığı" və netto çəkisi 1500 kq olan "Kütüm balığı" yükü aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan adları və sayları yuxarıda qeyd edilən malların qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/0xx-xx/002393 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş 9/1799 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 5 adda malların ümumilikdə 07.03 2023-cü il tarixə orta bazar qiymətinin 69140 manat (altmış doqquz min yüz qırx) olduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X3 məhkəmə iclasında verdiyi izahatda göstərdi ki, direktoru olduğu Şəxs ünvanına İran İslam Respublikasından **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********0286 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Mallara baxış keçirilən zaman bəyyannamədə qeyd olunmayan malların olduğu aşkar edilmişdir. Buna səbəb malı göndərən şəxsin onlara xəbər verməməsi olmuşdur. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan 02 mart 2023-cü il tarixli yoxlama haqqında protokoldan görünür ki, **-AB- *** dövlət qeydiyyat nişanlı avtomaşında daxil olmuş və yükə aid gömrük orqanına təqdim olunmuş **********0286 nömrəli GB-də brutto çəkisi 11300 kq, netto çəkisi 7900 kq soyudulmuş belamur, xanı və sazan bəyan edildiyi halda, faktiki 1380 kq brutto, 800 kq netto xanı balığı müəyyən edilmiş, bununla da göstərilən malların ümumi çəkisi GB-də göstərilən çəkidən 6800 kq brutto, 5300 kq netto əskik olduğu əvəzində isə GB-də bəyan edilməyən brutto çəkisi 4875 kq, netto çəkisi 3800 kq olan forel balığı və brutto çəkisi 1925 olan kq, netto çəkisi 1500 kq olan kütüm balığı yükü aşkar edilmişdir. Bəyan edilməmiş yük Bakı şəhəri, Nərimanov rayonu, 1999-cu məhəllə, Habil Mirzəyev küçəsində yerləşən anbarda AA951841 nömrəli stikerlə gömrük təminatına alınmışdır. İşdə olan gömrük bəyənnaməsindən və invoysdan görünür ki, Şəxs adına **-AB-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə 256 nömrəli, xx.xx.2023-cü il tarixli invoys üzrə idxal edilmiş və **********0286 nömrəli gömrük bəyənnaməsi ilə rəsmiləşən balıq yükünün brutto çəkisi 11300 kq, netto çəkisi 7900 kq, soyudulmuş belamor, xanı və sazan bəyan edildiyi halda, həmin yükün GB-də göstərilən çəkidən 6800 kq brutto, 5300 kq netto əskik olduğu əvəzində isə GB-də bəyan edilməyən brutto çəkisi 4875 kq, netto çəkisi 3800 kq olan forel balığı və brutto çəkisi 1925 kq, netto çəkisi 1500 kq olan kütüm balığı yükü olduğu aşkar edilmişdir. İşdə olan Şəxs nümayəndəsi X1 Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində 06 mart 2023-ci il tarixli izahatında həmin yüklərin gömrük bəyənnaməsində qeyd edilən çəkilərindən artıq olmasından əvvəlcədən xəbərlərinin olmamasını, 7900 kq belamur, xanı və sazan balıqları sifariş etdiyini, həmin sifarişlərin ünvanlarına çatdıqdan təxminən 2-3 həftə sonra növbəti şifarişlərinin gəlməli olduğunu bildirib, sonradan malı göndərən şəxsin onlara xəbər etmədən növbəti sifarişə aid olan balıqlardan bu dəfə göndərdiyini və onlara bu barədə məlumat vermədiyini bildirmişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2022-ci il tarixli, 9/1799 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 5 adda soyudulmuş balıq məhsulunun ümumilikdə xx.xx.2023-ci il tarixə (mövsümdən və ölçülərindən asılı olaraq) orta bazar topdansatış qiyməti təxminən 69140,00 manat müəyyən edilir. İşdə olan 10 aprel 2023-cü il tarixli, 00100-00635/23 nömrəli İnzibati Xəta haqqında Protokoldan və digər sənədlərdən görsənir ki,17940 AZN dəyərində olan balıqlar gömrük orqanına düzgün bəyan edilməmişdir. İşdə olan ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində hesablanmışdır. Belə olan halda Şəxs hüquqi şəxs kimi inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq hüquqi şəxs kimi Şəxs barəsində qanunla müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: 55.1.1. zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; 55.1.2. maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən Məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Şəxsndən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130- cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinib, 17.940 (on yeddi min doqquz yüz qırx) manat pulun 30 faizi məbləğində, yəni 5382,00 (beş min üç yüz səksən iki) manat məbləğində inzibati cərimə edilsin. Şəxsndən ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-124/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-124/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver