Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-125/2023 21.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6, Neftçala Rayon Polis X20 Polisi bölməsinin Baş dövlət avtomobil müfəttişi X5 iştirakı ilə, Neftçala Rayon DYPB-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 03 aprel 2023cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarından X6 şikayətinə baxaraq, Məhkəmə MÜƏYYƏNETDİ: Neftçala Rayon DYPB-nin vəzifəli şəxsi 23 mart 2023-cü il tarixdə X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, eyni şöbənin başqa vəzifəli şəxsinin 03 aprel 2023-cü il TP seriyalı, ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-cı maddəsi ilə təqsirli bilinib, 60 manat miqdarında cərimə edilmişdir. X12 həmin qərardan şikayət vermişdir. X12 şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək işin məhkəmə baxışı zamanı bildirmişdir ki, barəsində qəbul edilmiş qərarla razı deyil. Belə ki, 23 mart 2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi X3 məxsus “BMW” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Neftçala-Salyan avtomobil yolunda Neftçala şəhərindən Salyan istiqamətində, Neftçala rayonu, Xıllı qəsəbəsi ərazisində, yolun 17-ci km-də hərəkətdə olarkən, ondan öndə gedən “VAZ- 2107” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobili ötüb keçmək istədiyi vaxt həmin avtomobili idarə edən Cavid Hüseynzadə avtomobili yolun sol tərəfində çəkdiyi üçün idarə etdiyi avtomobilin ön buferi və ön sağ qanadı “VAZ 2107” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısı və sol ön qanadı ilə toqquşmuşdur. Nəticədə idarə etdiyi avtomobil yolun sol tərəfində olan yol göstəricisini və Neftçala Neft Şirkətinin ərazisini qoruyan dəmir torun 10 metrlik hissəsini yararsız vəziyyətə salmışdır. Hadisə nəticəsində “VAZ -2107” markalı, **- XE-*** dövlət qeydiyyat nişanlı avtomobil fırlanaraq yolun ortasında dayanmışdır. Hadisə baş verdikdən dərhal sonra avtomobildən düşərək, digər avtomobildə xəsarət alan şəxslərin olub-olmaması ilə maraqlanmış və Təcili və X10 müraciət etmişdir. Təcili və X8 əməkdaşları gəldiyi zaman Cavid Hüseynzadə xəsarətinin olmamasını bildirmiş, lakin sonra Neftçala Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Göstərilənlərdən görünür ki, o, etibarnamə əsasında idarə etdiyi X3 məxsus “BMW” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ondan öndə gedən “VAZ -2107” markalı, **-XE- *** dövlət qeydiyyat nişanlı avtomobili 30-40 metr qalmış öz yolunda getdiyini görmüş və bundan sonra ötmə əməliyyatı apararkən sürücü avtomobili yolun sol tərəfinə (ötmə əməliyyatı icra edilən tərəf) çəkdiyi üçün avtomobil qəzası baş vermişdir. Bundan əlavə, ötmə əməliyyatı etdiyi ərazidə sola dönməyə yer olmamışdır. Belə ki, sol tərəfdə Neftçala Neft Şirkətinin ərazisini qoruyan dəmir torla hasarlanmış ərazi var idi. 03 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən barəsində İXP ******* saylı protokol tərtib edilmişdir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* saylı qərara əsasən barəsində Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə 60 (altmış) manat cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. 23 mart 2023-cü il tarixində etibarnamə əsasında idarə etdiyi X3 məxsus “BMW” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ 2107” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşduqdan sonra sonuncu avtomobil fırlanaraq, yolun ortasında dayanmışdır. Görünür ki, Cavid Hüseynzadənin idarə etdiyi “VAZ -2107” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil o, ötmə əməliyyatı edərkən avtomobili yolun sol kənarına çəkmiş və onun ötmə əməliyyatına maneçilik törətmişdir. Halbuki, həmin vaxtda “VAZ 2107” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil öz yolunda hərəkət etməli, ötmə əməliyyatı edən şəxsə yol verməli olduğu halda bunu etməmişdir. Hazırkı şikayətə əlavə olunan sənədlər sığorta təşkilatından götürüldüyü üçün surətidir. Barəsində tərtib olunmuş protokol və qərarın əslini polis orqanından tələb etsə də, hazırkı vaxtadək ona təqdim olunmamışdır. Şikayətinə əlavə olunan 23 mart 2023-cü il tarixində Neftçala- Salyan avtomobil yolunun Xıllı qəsəbəsi ərazisindən keçən hissəsinin 17-ci km-də baş vermiş yol nəqliyyat hadisəsinin sxemi ilə razı olmadığı üçün imza etməmişdir. Çünki həmin sxem hadisənin əsl mahiyyətini əks etdirmir və düzgün şəkildə tərtib olunmamışdır. Hadisənin əsl mahiyyətini müəyyən etmək üçün Avto-texniki ekspertiza təyin olunmalı idi. Buna baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və qərar qəbul edilərək cərimələnmişdir. X12 məhkəmə baxışı iclasında ərizəyə dəqiqləşdirmə verərək inzibati xəta haqqında qərarın ləğv edilməsi ilə yanaşı icraata xitam verilməsini və göstərilənlərə əsasən şikayətinin təmin olunmasını xahiş edir. Neftçala Rayon Polis X20 Polisi Bölməsinin Baş dövlət avtomobil müfəttişi X11 bildirmişdir ki, yol nəqliyyat hadisəsi zamanı hər iki avtomobilin sürücüsü müəyyən xəsarətlər almış, təhqiqatçı tərəfindən araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. Həmin qərar əsasında xx.xx.2023-cü il tarixdə X12 barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və 03 aprel 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X1 inzibati xəta haqqında qərardan verdiyi şikayətin təmin olunmamasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X9 və Neftçala Rayon Polis Şöbəsinin DYPB-nin Baş dövlət avtomobil müfəttişi X7 dinləyib, iş materiallarını, həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli rəyini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. Neftçala Rayon DYPB-nin polis mayoru X5 03 aprel 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ilə X12 Azərbaycan Respublikası İXM-nin 327.2-cı maddələri ilə təqsirli bilərək 60 manat miqdarında cərimə edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, o, 23 mart 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, HK-1/252 saylı material üzrə vǝtəndaş X6 əməlində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən onun barəsində cinayət işinin başlanması rədd edilmiş, X4 Hərəkəti Haqqında Azərbaycan Republikası Qanununun 51-ci maddəsinin tələblərini pozaraq əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Neftçala RPŞ-nin DYPB-na göndərilmişdir. Neftçala Rayon Məhkəməsinin 3(053)-125/2023 nomrəli iş üzrə 28 aprel 2023-cü il tarixli qərardadı ilə iş üzrə Məhkəmə yol nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. 12 dekabr 2023-cü il tarixdə 8/3424 №-li Ekspert rəyi Neftçala Rayon Məhkəməsinə daxil olmuşdur. 24 noyabr 2023-cü il tarixli, 8/3424 №-li Ekspert rəyinin Nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: “Rəyin tədqiqi hissəsində göstərilən səbəblərinə görə, “BMW-525” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “VAZ-21074” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində «Yol hərəkəti haqqinda», Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xətanın “BMW-525” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsiri nəticəsində baş verdiyinin sübuta yetirilməsi üçün kifayət edə biləcək sübutlar toplanmayıb. Həmçinin Ekspert rəyinin Təqiqat prosesinin təsviri hissəsində qeyd olunur ki, göstərilən vəziyyətdə “VAZ-21074” markalı avtomobilin sürücüsü C.Hüseynzadə "X19" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən, hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalıdır. Qeyd olunan maddənin tələblərinə riayət etməklə sürücü C.Hüseynzadə “VAZ-21074” markalı avtomobilin hərəkət istiqamətini dəyişdirməsi ilə əlaqədar apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı idi. Yəni göstərilən vəziyyətdə sürücü C.Hüseynzadə sola istiqamətlənməzdən əvvəl sol zolaq ilə nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı, nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə isə həmin nəqliyyat vasitəsinə yol verməli, bundan sonra hərəkətin təhlükəsizliyini təmin edərək sola doğru istiqamətlənməli idi. Lakin məhkəmə tərəfindən göstərildiyi kimi sürücü C.Hüseynzadə “VAZ- 21074” markalı avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən sola doğru istiqamətləndirməsi, bu zaman arxadan əks hərəkət zolağı ilə ötmədə olan “BMW-525” markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yaradaraq avtomobillərin toqquşması və toqquşmanın avtomobillərin hərəkəti istiqamətində yolun hərəkət hissəsinin sol kənarından sağa doğru 4,2 metr məsafədə “BMW- 525” markalı avtomobilin qabaq hissəsi ilə “VAZ-21074” markalı avtomobilin sol yan hissəsi arasında baş verməsi faktları onu izah edir ki, sürücü C.Hüseynzadənin apardığı manevrin hərəkətin təhlükəsizliyini təmin etməmişdir. Ona görə də göstərilən vəziyyətdə “VAZ-21074” markalı avtomobilin sürücüsü C.Hüseynzadənin hərəkətlərində «X19» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərinin tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 134 – 137-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARAALDİ: Şikayət təmin olunsun. Neftçala Rayon DYPB-nin vəzifəli şəxsinin X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 60 (altmış) manat miqdarında cərimə edilməsinə dair 03 aprel 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və işin icraatına xitam verilsin. Hazırkı qərarın surəti Neftçala Rayon Polis Şöbəsinə göndərilsin. İş üzrə keçirilmiş Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat dövlətə aid edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-125/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-125/2023
21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver