Məhkəmə qərarları › İş №3(053)-136/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-136/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-136/2025 19.03.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə xx xxxx 1956-cı ildə Neftçala rayonu, Şorkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Neftçala rayonu, Şorkənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş 07 mart 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 04 mart 2025-ci il tarixli qərardan və material üzrə toplanmış digər sənədlərdən görünür ki, Şəxs «Mercedes Benz C240» minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 25 yanvar 2025-ci ildə, saat 17:30 radələrində Neftçala rayonu, Şorkənd kəndində idarə edib geriyə dönmə əməliyyatını həyata keçirərkən Zərərçəkmiş şəxs tərəfindən idarə olunan «Vaz 2106» minik markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat qəzası zamanı Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirilən xəsarət almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək yuxarıda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, 2013-cü ildən özünəməxsus olan «Mercedes Benz C240» minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 25 yanvar 2025-ci ildə, saat 17.30 radələrində yaşadığı Neftçala rayonu, Şorkənd kəndindən Neftçala rayonu, Qaraqaşlı kəndi istiqamətində hərəkətdə olub. İdarə etdiyi avtomobilin sürəti az olmuşdur. O, ayıq vəziyyətdə olmuş və avtomobildə özündən başqa 3 azyaşlı nəvələri də olmuşdur. Hərəkətdə olduğu vaxt avtomobili asfalt yolun ortasında saxlamış və geriyə dönmək istəmişdir. Geriyə döndüyü vaxt Salyan rayonu istiqamətindən gələn «Vaz 2106» minik markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobili ilə toqquşub. Toqquşmadan sonra idarə etdiyi avtomobil yoldan çıxaraq yol kənarında olan heyvan tövləsinin daş hasarına dəymişdir. Törətdiyi inzibati xətaya görə peşmandır. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Zərərçəkmiş şəxs gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı öz səmimi etirafı ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 07 fevral 2025-ci il tarixli, 17 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – başın təpə nahiyəsinin yarası küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir». Beləliklə, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, o, həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, Şəxs öz əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar