Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-137/2025 19.03.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, xx xxxx 1964-cü ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Neftçala rayonu, Həsənabad qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş 07 mart 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və iş üzrə toplanmış sənədlərdən görünür ki, 07 mart 2025-ci il tarixdə, saat 15:10-da Şəxs “İveco M24.7” avtobus markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXMnin 333-1.1-ci maddəsində nəzərdə tutulan (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı özünü təqsirli bilərək qeyd etmişdir ki, 07 mart 2025-ci il tarixdə, saat 15:10-da “İveco M24.7” avtobus markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala şəhəri, 20 Yanvar küçəsində hərəkətdə olarkən yol polisi tərəfindən saxlanılmışdır. Yol polisi ona yaxınlaşaraq özünü təqdim etdikdən sonra onunla söhbət edən zaman onun hərəkətlərindən şübhələnmişdir. Söhbət zamanı o, polis əməkdaşlarına təxminən 15-20 gün öncə özündə uzun müddətdir ki, saxladığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları onu həkim müayinəsindən keçmək üçün Sabirabad rayonunda yerləşən “İstanbul Genetics” Klinikasına aparmışlar. Həkim müayinəsi zamanı narkotik vasitədən istifadə etməsi faktı təsdiqlənmişdir. Həmçinin qeyd edir ki, uzunmüddətdir ki, onkoloji xəstədir. Bu səbəbdən ağrıları olduğu üçün narkotik vasitədən istifadə etmişdir. Törətdiyi inzibati xətaya görə peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı öz ifadəsi yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. İş materiallarına əlavə edilmiş “İstanbul Genetics” Klinikasına məxsus 07 mart 2025-ci il tarixli arayışla müəyyən olunur ki, Şəxs aparılan laborator narkoloji müayinə nəticəsində onun sidiyində THC (tetrahydrokannabinol) olduğu müəyyən edilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, o, həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, Şəxs öz əməlini səmimi etiraf etməsi və peşman olması, həmçinin onkoloji xəstəlikdən əziyyət çəkməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-137/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-137/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver