Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-138/2025 19.03.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala Rayon Prokurorluğunun nümayəndəsi qismində Neftçala rayon prokurorunun böyük köməkçisi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinın direktoru X16 iştirakı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı Neftçala Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Neftçala Rayon Prokurorluğu tərəfindən təqdim edilmiş 11 mart 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, “ "xxxx" MMC-nin direktoru X25 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işə götürənə elekrton qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbləri pozaraq, yəni əmək müqaviləsi (kontrakt) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hüquqi ünvanı Neftçala rayonu, 1-ci Mayak qəsəbəsi olan və Neftçala şəhərində fəaliyyət göstərən direktor vəzifəsini icra etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2022-ci il tarixdən 2024-cü ilin avqust ayına kimi olan müddət ərzində X2 dərsləri tədris edən müəllim kimi, 2024-cü ilin fevral ayından sentyabr ayına kimi olan müddət ərzində X1 dərslərini tədris edən müəllim kimi işlərin yerinə yetirilməsinə cəlb edib”. Neftçala Rayon Prokurorluğunun nümayəndəsi X17 işin məhkəmə baxışı zamanı inzibati xəta haqqında iş üzrə ictaatın başlanması haqqında qərarda göstərilənlərə uyğun məzmunlu izahat vermiş, o cümlədən bildirmişdir ki, "xxxx" MMC-nin direktoru X25 hüquqi ünvanı Neftçala rayonu, 1-ci Mayak qəsəbəsi olan və Neftçala şəhərində fəaliyyət göstərən direktor vəzifəsini icra etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2022-ci il tarixdən 2024-cü ilin avqust ayına kimi olan müddət ərzində X2 dərsləri tədris edən müəllim kimi, 2024-cü ilin fevral ayından sentyabr ayına kimi olan müddət ərzində X1 dərslərini tədris edən müəllim kimi işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Qeyd olunanlar X16, X9, X18, X7, X19, X4, X23, X10, X14 izahatları, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli əmrinin surəti, Vergilər İdarəsinin qeydiyyata alınması sənədinin, bank hesab müqaviləsinin, "xxxx" MMC-nin təsis edilməsi haqqında protokolun, elektron imza üçün sertifikatın və vergi ödəmələri barədə sənədlərin surətləri, “X12 Sisteminə baxış aparılması haqqında” protokolla sübuta yetirilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İXM-nin 99.1.1-ci maddəsinə uyğun olaraq X5 sürücülük şəhadətnaməsi verilməsi barədə müraciətinə baxılması zamanı əmək qanunvericiliyinin pozulması ilə bağlı inzibati xətanın rayon prokurorluğu tərəfindən bilavasitə aşkar edilməsi olmuşdur. Ona görə də hüquqi şəxs “"xxxx" MMC-nın əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkibi mövcuddur. Nümayəndə göstərilənləri nəzərə alaraq “"xxxx" MMC-nın barəsində qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İşə məhkəmə iclasında baxılması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nın direktoru X25 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilənlərlə razı olduğunı bildirmişdir. "xxxx" adlı hüquqi şəxs yaratmaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciərt etmişdir. 06 oktyabr 2022-ci ildə ona hüquqi şəxs yaratmağa icazə vermişlər. Neftçala şəhəri, H.Əliyev prospektində bina icarəyə götürərərk kompyuter, sürücülük peşəsi, tibb bacılığı və əczaçılıq üzrə kurslar yaramışdır. Kompyuter kurslarına X20, sürücülük kurslarına X11, tibb və əczaçılıq kurslarına isə X15 rəhbərlik etmişdir. Onların hər birinə aylıq 350 manat əmək haqqı vermişdir. 2024-cü ilin sentyabr ayında Sadiyarın xahişi ilə Sadiyarın tanışı olan X3 kursunu bitirməklə bağlı şəhadətnamə tərtib edib, Firuzə ilə imzalayarq vermişlər. Sürücülük kursu 2024-cü ilin mart ayından sentyabr ayına kimi keçirilmiş, həmin zaman dərsləri də əvvəlki kimi Dürdanə Ələkbərova keçmişdir. Ləman Səfərovaya da şəhadətnamə vermişlər. Kompyuter kurslarını isə 2024-cü ilin avqust ayına kimi Firuzə keçmişdir. Firuzənin 2024-cü il tarixdə təxminən 10 nəfər tələbəsi olmuşdur. Onlara da Firuzə 2024-cü ilin iyul avqust aylarında dərs keçmişdir. İşlədikləri müddət ərzində Firuzənin yüzə yaxın tələbəsi olmuşdur. Onlardan yetmiş nəfərə yaxın şəxsə kompyuter kursunu bitirməklə bağlı sertifikat verilmişdir. Firuzə kursda dərs deməsi qarşılığnda və kursun yaradıcılarından biri olaraq ümumilikdə əldə olunan gəlirdən xərclər çıxdıqdan sonra geri qalan pulun yarısını götürmşdür. Lakin qeyd etdikləri kimi Firuzə və Dürdanə kursda müəllim olaraq işləsələr də onlarla hər hansıə əmək müqavləsi və ya digər müqavilələr bağlanmamışdır. İnzibati xəta haqqında materialla tanış olduğunu bildirmişdir. Direktor göstərilənləri nəzərə alaraq ona qanuna müvafiq köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə rayon prokurorluğunun nümayəndəsini, həmçinin MMC-nın direktorunu dinləyib, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi məsələlərini tənzimləyən 49-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə «Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir». Əmək qanunvericiliyinin yuxarıda istinad olunan müddəasından göründüyü kimi, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə şərtləndirilir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi isə «Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə» məsuliyyət nəzərdə tutur. Beləliklə, əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş işçinin (hətta əmək müqaviləsi kağız daşıyıcıda artıq bağlanıbsa da belə) işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. İşin faktik hallarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb X5 sürücülük şəhadətnaməsi verilməsi barədə müraciətinə baxılması zamanı əmək qanunvericiliyinin pozulması ilə bağlı inzibati xətanın Neftçala Rayon Prokurorluğu tərəfindən bilavasitə aşkar edilməsi olmuşdur. Bununla da "xxxx" MMC-nin direktoru X25 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işə götürənə elekrton qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbləri pozaraq, yəni əmək müqaviləsi (kontrakt) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmədən və əmək müqaviləsi hüququ qüvvəyə minmədən hüquqi ünvanı Neftçala rayonu, 1-ci Mayak qəsəbəsi olan və Neftçala şəhərində fəaliyyət göstərən direktor vəzifəsini icra etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2022-ci il tarixdən 2024-cü ilin avqust ayına kimi olan müddət ərzində X2 dərsləri tədris edən müəllim kimi, 2024-cü ilin fevral ayından sentyabr ayına kimi olan müddət ərzində X1 dərslərini tədris edən müəllim kimi işlərin yerinə yetirilməsinə cəlb edildikləri müəyyən olunmuşdur. Bu kimi faktları MMC-nın direktoru da işin məhkəmə baxışı zamanı etiraf etmişdir. Göstərilənlərə əsasən "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır”. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-138/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-138/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver