Məhkəmə qərarları › İş №3(053)-139/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-139/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-139/2025 04.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 iştirakı ilə X9 Xidmətinin X1 vəzifəli şəxsinin 03 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X9 Xidmətinin X1 vəzifəli şəxsinin 03 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1.500 manat miqdarında cərimə edilmişdir. Həmin qərar X9 Xidmətinin X1 vəzifəli şəxsi tərəfindən 27 fevral 2025-ci ildə tərtib olunmuş ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. İnzibati xəta haqqında qərarda qeyd olunur ki, X6 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci və 5-ci hissəsinin tələbini pozaraq X2 əmək müqaviləsinə xitam verilərkən xəbərdarlıq müddəti gözlənilməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 192.6-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X6 bildirmişdir ki, o, Neftçala rayonu, Həsənabad qəsəbəsi Tofiq İsmayılov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində direktor vəzifəsində çalışır. Vətəndaş Neftçala rayonu, Həsənabad qəsəbəsi, Tofiq İsmayılov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində dalandar işləyən X5 əmək müqaviləsinə qanunsuz xitam verilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan - Salyan regional şöbəsinə müraciət etmiş və müraciətə aidiyyəti üzrə baxılmışdır. DƏMXnin X1 ******* saylı, xx.xx.2025-ci il tarixli protokolu üzrə 03 mart 2025-ci il tarixdə iş üzrə qərar qəbul edilərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 2 -ci (Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.) və 5-ci (İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir). hissəsinin tələbinin pozulması müəyyən edilərək, tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsində (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) nəzərdə tutulmuş inzibati xəta törədilməsi qərara alınaraq və 1500 manart miqdarında cərimə olunmuşdur. Bildirir ki, Neftçala rayonu, Həsənabad qəsəbəsi Tofiq İsmayılov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin dalandarı vəzifəsində çalışan vətəndaş X5 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2. “a” bəndinə əsasən xitam verilmişdir. X5 xx.xx.2023-cü il tarixdən Neftçala rayonu, Həsənabad qəsəbə Tofiq İsmayılov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində dalandar vəzifəsinə işə götürülərək əmək müqaviləsi bağlanılmışdır. 15 noyabr 2024-cü il tarixdən 10 dekabr 2024-cü il tarixədək heç bir üzrlü səbəb göstərilmədən və ya işə gəlməməsi barədə təsdiqləyici sənəd təqdim etmədən işə davamiyyəti olmamışdır. İşçi Bakı şəhərində əmək fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Ona təklif olunmuşdur ki, ərizə ilə müraciət edib, əmək müqaviləsinə xitam versin. Lakin işçi yenədə işə davamiyyətini bərpa etməmiş, həmin müddətdə Bakı şəhərində əmək fəaliyyəti ilə məşğul olduğunu bildirərək, onun rayona gəlib ərizə verməyə imkanı olmadığını bildirmişdir. 29 noyabr 2024-cü il tarixdə X2 həyat yoldaşı X8 təhsil müəssisəsinə gələrək, həyat yoldaşının əvəzinə ərizə yazmaq istədiyini bildirmişdir. Ona ərizə yazmağa kömək edilərək, yazılmış ərizənin özü tərəfindən yazılması barədə təsdiqləyici imza edilsədə, vətəndaşa qanunvericiliyin tələbləri izah olunaraq bildirilmişdir ki, işdən azad olma barədə ərizəni vətəndaş mütləq özü yazmalıdır. Lakin bundan sonra da X2 işə davamiyyətsizliyi davam etmişdir. O, 10 dekabr 2024-cü il tarixdə vətəndaş X2 yaşadığı ünvana poçt vasitəsi ilə bildiriş məktubu (mədaxil qəbzi № 4********) göndərmişdir. Eyni zamanda göstərilən tarixlərdə ona əmək haqqı ödənilməməsi barədə əmr vermişdir. Ona təklif olunmuşdur ki, işə davamiyyətini bərpa etsin və ya işdən azad olunması barədə ərizə ilə özü müraciət etsin. Əks halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən xitam veriləcək. 11 dekabr 2024-cü il tarixdə vətəndaş X2 övladı X10 anasının ərizəsini məktəb təsərrüfat müdirinə təqdim etmişdir. Təsərrüfat müdiri isə öz növbəsində ərizəni məktəbin direktoruna vermişdir. İşçinin ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci bəndinə əsasən (ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabını tələb etmək hüququna) malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin maddənin 5-ci bəndinə əsasən (İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir) həmin dövrdə əmək müqaviləsi bağladığı müəssisədə yuxarıda qeyd olunan dövrlərdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə işdə olan işçilərə aid olduğunu nəzərə alsaq və həmin dövrdə işçi 1 (bir) aya yaxın bir dövrdə işdə olmaması və digər işlə məşğul olması səbəbindən onun əmək müqaviləsinə qanunvericiliyin tələbləri çərçivəsində xitam verilmişdir. Göstərilənlərə əsasən X3 şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Salyan Regional ərazi şöbəsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət rədd olunmalıdır. Yol verilmiş pozuntu ilə bağlı X9 Xidmətinin X1 vəzifəli şəxsi tərəfindən, bu barədə 27 fevral 2025-ci il tarixdə ******* nömrəli protokol tərtib edilmiş, protokol əsasında inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN seriyalı, ******* saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. X9 Xidmətinin X1 vəzifəli şəxsinin MN seriyalı, ******* saylı, 03 mart 2025-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında haqqında qərarı ilə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci və 5-ci hissəsinin tələbini pozaraq X2 əmək müqaviləsinə xitam verilərkən xəbərdarlıq müddətinin gözlənilməməsi nəticəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.500 manat miqdarında cərimə edilmişdir. Təqdim olunmuş materialdan görünür ki, Neftçala rayonu T.İsmayılov adına Mirqurbanlı kənd tam orta məktəbin direktoru X4 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 49 №-li əmri aşağıdakı kimidir. 1.“Təhsil sektorları / Neftçala rayonu üzrə təhsil sektoru /Məktəblǝr/ Neftçala rayon T İsmayılov adına Mirqurbanlı kənd tam orta məktəbi” bölməsində “Dalandar” vəzifəsində işləyən NƏCİBƏ HƏSƏNOVA İSMAYİL QİZİ ilə bağlanılmış 56YMRVZ000300 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 68.2. “a” - tərəflərdən birinin təşəbbüsü» maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilsin.

2. İşçinin xx.xx.2023 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinǝ/departamentinə həvalə edilsin”. xx.xx.2024-cü il tarixdə Nəcibə Həsənova tərəfindən imzalanmış və eyni məktəbin direktoruna ünvanlanmış ərizədən görünür ki, o, 29 noyabr 2024-cü il tarixdən işdən azad edilməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, yaza bilmədiyi üçün ərizəni direktora yazdırmış, öz imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Neftçala rayonu, T.İsmayılov adına Mirqurbanlı kənd tam orta məktəbin direktoruna həmin məktəbin texniki işçisi Nəcibə Həsənova tərəfindən ərizə ilə müraciət olunaraq onu öz ərizəsi əsasında işdən azad edilməsini və ərizəsini özü yazdığı və öz imzası ilə təsdiq edildiyi qeyd olunmuşdur. İşə əlavə olunmuş müvafiq aktlarla müəyyən olunur ki, işçi 1 ay ərzində işə gəlməməklə əmək intizamını pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cü maddəsinin 1-ci bəndinə əsasən “İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69-cu maddəsinin 5-ci bəndində qeyd edilir ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Məhkəmə həmin dəlilə münasibət bildirərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də qeyd olunan pozuntuya yol verildiyi öz təsdiqini tapır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X6 şikayətində, həmçinin məhkəmə baxışı zamanı verdiyi ifadəsində 29 noyabr 2024-cü il tarixli ərizənin Nəcibə Həsənova tərəfindən deyil, onu əri X8 tərəfindən yazıldığı və təsdiqləyici imzanın da Nəcibə Həsənova tərəfindən deyil, onun əri tərəfindən imzalandığını, ona qanunvericiliyin tələblərinin izah olunaraq işdən azad olunma barədə ərizənin mütləq vətəndaşın özü tərəfindən yazılmalı olduğunu bildirdiyi qeyd etmişdir. O, həmçinin xx.xx.2024-cü il tarixdə vətəndaşın ünvanına poçt vasitəsilə bildiriş məktubu göndərdiyini, mədaxil qəbzini təqdim etdiyini, eyni zamanda göstərilən tarixlərdə ona əmək haqqı ödənilməməsi barədə əmr verildiyini, işə davamiyyəti bərpa etməsini və ya işdən azad olunması barədə ərizə ilə özünin müraciət etməsini, əks halda onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəyi barədə məlumatlandırıldığını bildirmişdir. Direktor həmçinin bildirmişdir ki, 11 dekabr 2024-cü il tarixdə vətəndaş X2 övladı X10 anasının ərizəsini məktəb təsərrüfat müdirinə təqdim etmiş, təsərrüfat müdiri isə öz növbəsində ərizəni məktəbin direktoruna, yəni ona vermişdir. İşçinin ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilir ki, yol verilmiş inzibati xətaya görə tərtib edilmiş müvafiq protokol prosessul pozuntuya yol verilmədən tərtib edilmiş və müvafiq protokol əsasında inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə toplanmış sənədləri tədqiq edərək barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək belə qərara gəlir ki, X6 barəsində tətbiq edilmiş “İnzibati cərimə” tənbeh növü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə uyğun olaraq düzgün müəyyən edilmişdir. Belə olan halda şikayətin təmin edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, X9 Xidmətinin X1 vəzifəli şəxsinin 03 mart 2025ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ilə bağlı X6 tərəfindən verilmiş şikayət təmin edilməməli və həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan verilən şikayətə baxılarkən «qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında» qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Xidmətinin X1 MN seriyalı, ******* saylı, 03 mart 2025-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ilə bağlı X6 tərəfindən verilmiş şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar