Məhkəmə qərarları › İş №3(053)-140/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-140/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-140/2025 19.03.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Salyan Rayon Polis Şöbəsi Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı İmişli Rayon Məhkəməsinə təqdim etmişdir. İmişli Rayon Məhkəməsinin 3(036)-662/2025 nömrəli iş üzrə 20 fevral 2025-ci il tarixli qərardadına əsasən material baxılması üçün aidiyyatı üzrə Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Materialdan görünür ki, Şəxs Salyan RPŞ DYPB-nin vəzifəli şəxsinin 06 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında cərimə edilmiş, lakin həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay keçdiyinə baxmayaraq cəriməni ödəməmişdir. Bu səbəbdən onun barəsində Salyan RPŞ DYPB-nin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 25 yanvar 2025-ci ildə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub. İşin faktiki hallarından həmçinin görünür ki, Şəxs Salyan RPŞ DYPB-nin vəzifəli şəxsinin 06 avqust 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokolu üzrə 40 manat miqdarında cəriməni və dəbbə pulunu sonradan ödəyib. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Şəxs və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində «Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə» inzibati məsuliyyət nəzərdə tutulub. Həmin maddənin «Qeyd» hissəsinin 1-ci bəndinə əsasən «Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Salyan RPŞ DYPB-nin vəzifəli şəxsi tərəfindən onun barəsində 25 yanvar 2025-ci ildə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətdən Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin «Qeyd» hissəsinin 1ci bəndinə əsasən azad edilərək həmin Məcəllənin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar