Məhkəmə qərarları › İş №3(053)-144/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-144/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-144/2024 07.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1992-ci ildə Neftçala rayonu, Qırmızıkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Neftçala rayonu, Qırmızıkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş 07 may 2024cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, təhqiqatçının «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 10 aprel 2024-cü il tarixli qərarından və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 18 mart 2024-cü il tarixdə saat 09.40 radələrində Neftçala rayonu Qırmızıkənd kəndində yaşadığı evin həyətində həmkəndlisi Zərərçəkmiş şəxs, aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əli ilə tutub yerə yıxmaqla döyərək fiziki ağrı yetirmişdir. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs inzibati xəta haqqında protokolda və yazılı izahatlarında göstərilənlərə uyğun məzmunlu ifadə verərək həmçinin bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışıb, ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. O cümlədən, 26 mart 2024-cü il tarixli 59 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – Sol dirsək nahiyəsinin sıyrıqları küt əşya(əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əlindən tutub yerə yıxma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlə olduqları üçün dərəcəsi təyin edilmir». Beləliklə, toplanmış sübutlarla müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs və Zərərçəkmiş şəxs barışdıqlarını bildirirlər. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən «Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar