Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-145/2025 15.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə xx xxxxx 2001-ci ildə Neftçala rayonu, Kürqarabucaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Neftçala rayonu, Kürqarabucaq kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş 28 mart 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 mart 2025-ci il tarixli qərardan və material üzrə toplanmış digər sənədlərdən görünür ki, Şəxs idarə etdiyi **-CS-*** dövlət qeydiyyat nişanlı “Khazar LX” minik markalı, və **-NR-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Nexia” minik markalı avtomobillərin ödənilməyən cərimələri olduğu üçün Neftçala Rayon Məhkəməsinin qərarına əsasən sürücülük hüququndan məhrum edilməsinə baxmayaraq o, 12 mart 2025ci il tarixdə, saat 15:30-da özünəməxsus olan “Khazar LX” minik markalı avtomobilinə məxsus olan **-CS-*** dövlət qeydiyyat nişanını “Daewoo Nexia” minik markalı avtomobilin üzərinə bağlamış və avtomobilə əlavə avadanlıqlar quraşdıraraq Neftçala şəhəri, S.İmanov küçəsində idarə etdiyi zaman Neftçala RPŞ DYPB-nin YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, və avtomobil duracağa yerləşdirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı yuxarıda təsvir olunmuş inzibati xətalarını törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Kürqarabucaq kəndində valideynlərinin himayəsində yaşayır. Vətən Müharibəsi iştirakçısıdır və Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. **-NR-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Nexia” minik markalı avtomobili 2024-cü ilin oktyabr ayına qədər etibarnamə əsasında idarə etmişdir. Etibarnamənin müddəti bitdiyi üçün avtomobili bir neçə aydır ki, etibarnaməsiz idarə edir. Bundan əvvəl dövlət tərəfindən ona verilmiş **-CS-*** dövlət qeydiyyat nişanlı, “Khazar LX” minik markalı avtomobillə 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətdikdən sonra avtomobil yararsız vəziyyətə düşmüşdür. Lakin qeyd olunan avtomobilin yüksək məbləğdə cəriməsi olduğundan həmin cərimələri ödəməmiş və cərimələrin üzərinə dəbbə pulu gəlmişdir. Bu səbəbdən Neftçala Rayon Məhkəməsinin qərarına əsasən cərimələri ödəmədiyi üçün avtomobil idarə etmək hüququndan məhrum edilmişdir. 12 mart 2025-ci il tarixdə, saat 15 radələrində idarə etdiyi **-NR-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Nexia” minik markalı avtomobillə Neftçala şəhəri, S.İmanov küçəsində hərəkətdə olduğu zaman YPX-nin əməkdaşlarının ona saxla işarəsi verdiklərini görüb avtomobili saxlamayıb idarə edərək yoluna davam etmişdir. Sonra isə polis əməkdaşlarının onun idarə etdiyi avtomobili çağrı səsi ilə saxla xəbərdarlığı verdiklərini eşidərək avtomobili saxlamışdır. Avtomobilinin yan şüşələrinə 25% şüşə qaraldıcı üzlük çəkmişdir. “Khazar LX” minik markalı avtomobil işlək vəziyyətdə olmadığı üçün onun üzərində olan **-CS-*** dövlət qeydiyyat nişanını açaraq “Daewoo Nexia” minik markalı avtomobilin üzərinə bağlamışdır. Həmin üzlüyün və eləcə də bəzək üçün avtomobilin ön şüşəsinə yapışdırdığı rəngli işığın qadağan olunduğunu bilməmişdir. Əməlindən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, Şəxs öz əməlini səmimi etiraf etməsi və peşman olması, həmçinin Vətən Müharibəsi iştirakçısı olması iş üzər məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olmuş sayrışan işıq müsadirə olunmaqla 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-145/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-145/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver