Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-146/2024 27.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X6, Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 19 yanvar 2024cü il tarixli, MN seriyalı,1441047 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X11 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 19 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə X11 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1.000 manat miqdarında cərimə edilmişdir. Bu qərar 05 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilib. X11 həmin qərardan şikayət verib. Şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib olunmuş, həmin protokola əsasən, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1.000 manat miqdanda cərimə olunmuşdur. Hesab edir ki, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar heç bir əsas olmadan qəbul edildiyi üçün ləğv edilərək həmin qərar əsasında kəsilmiş 1.000 manat cərimə silinməlidir. Əlavə olaraq qeyd edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol əsasında qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin norması düzgün tətbiq edilməmişdir. Cünki işin faktiki halları həmin normanın tələblərinə uyğun gəlmir. Təsərrüfatında 50 baş xırdabuynuzlu heyvan vardır. Xırdabuynuzlu heyvanları otarmaq üçün çoban tutmuşdur. Ona eyni zamanda ailə üzvülərinə məxsus olan 8,89 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ayrayrı yerlərdə yerləşir. Kənar qonşu sahələrinin torpaqlarna ziyan vurmamaqla, özlərinə məxsus torpaq sahəsində heyvanların otarılmasını çobana tapşırmışdır. 05 yanvar 2024cü il tarixdə, saat 10:00 radələrində çoban ona zəng edərək bildirmişdir ki, xırdabuynuzlu heyvanlara yırtıcı heyvan hucum etmiş, bir neçə heyvanı yaralamışdır. O, oğlu Sabirlə birlikdə özlərinə məxsus olan **-OS-*** dövlət qeydiyyat nişanlı “Qazel” markalı avtomobillə hadisə yerinə getmişlər. Hadisə yerinə gedərkən özünə məxsus qanuni olan “İJ-43M” markalı, 16 çaplı, qoşa lüləli, ******* nömrəli tüfəngi özü ilə götürmüşdür ki, yırtıcı heyvanlar onlara hücüm edər. Qeyd edir ki, gedib hadisə yerində yaralı olan heyvanları “Qazel”ə yükləmişlər. Digər heyvanları axtararkən, torpaq sahələrinin başında iki nəfər şəxs ona yaxınlaşaraq, şəxsiyyət vəsiqəsini və tüfəngin sənədini istəmişlər. Şəxsiyyət vəsiqəsinin surəti maşında olmuş, maşından götürüb onlara vermişdir. Silah saxlamaq haqqında olan şəhadətnamə üstündə olmadığı üçün evdən həmin şəhadənamənin surətini telefon vasitəsilə çəkdirib, X5 telefonuna göndərilməsini təmin etmişdir. Özlərinə məxsus olan torpaq sahəsi Surra- Xol su kanalına bitişikdir. Kanalın sağ və sol tərəfi işlək yoldur. Həmin yoldan maşınlar gəlib keçir. İki əməkdaşla olan söhbətləri su kanalının üstündə baş vermişdir. O, öz sahəsindən təxminən 1 metr məsafədə ayrılaraq özü onlara yaxınlaşıb salam vermişdir. Söhbətləri zamanı ona bildirmişlər ki, “sən sahədən kənara çıxmısan, biz bunu ov etməyə cəhd kimi qiymətləndiririk”. Onlara and-aman etmişdir ki, “mən ov etmək üçün gəlməmişəm”. Maşında olan yaralı qoyunlara baxmasını xahiş etmiş, lakin onlar xahişinə məhəl qoymadıqları üçün oğluna ücadan səslənmişdir ki, yaralı qoyunları yerə atsın. Lakin onlar yenə də məhəl qoymayaraq orada protokol tərtib etmişlər. O, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Şirvan şəhərinə dəvət olunmuş, baş vermiş hadisəni olduğu kimi onu dəvət edən şəxslərə bildirmişdir. Orada ona bildirilmişdir ki, “sənə köməklik olunacaq, iş yoluna qoyulacaqdır”, narahat olmamağını həm telefonla zəng edərək, həm də üz-üzə bildirmişlər. Qeyd edir ki, hadisə yerinə çağrılmağını çoban da təsdiq edə bilər. İnzibati tǝnbeh vermə haqqında qərar 4 aydan sonra poçt vasitəsi ilə ona göndərilmişdir. Qeyd edir ki, onun barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin qərar əsasında kəsilmiş 1.000 manat miqdarında cərimənin silinməsi üçün əsas vardır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X11 işin məhkəmə baxışı zamanı şikayətin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona və ailə üzvlərinə məxsus 8,89 ha torpaq sahəsinin tam yanında, yəni onun istifadəsində olan torpağın cəmi 1 metrliyində dayanmış idarə əməkdaşlarının onu ova cəhd etməkdə günahlandırdığı zaman o, qətiyyən ov etmədiyini, onun heyvanlarını otaran çoban tərəfindən mobil telefonla zəng edilərək, xırdabuynuzlu heyvanların yırtıcı heyvanın hücumuna məruz qaldığını və bu səbəbdən özünə məxsus, şəxsi istifadəsində olan qanuni ov tüfəngini götürüb oğlu ilə hadisə yerinə gəldiyini, yaralanmış qoyundan birini özlərinə məxsus olan **-OS-*** dövlət qeydiyyat nişanlı “Qazel”ə yüklədiklərini, digər yaralanmış heyvanı axtarmaq üçün sahəni gəzdiyini bildirərək, buna sübut kimi həmin yük avtomobilində olan yaralı qoyuna şəxsən baxış keçirməklərini xahiş etdiyini və bu zaman dediklərinin yalan olmadığına şahid olacaqlarını bildirsə də 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları bu xüsusi məqama diqqət yetirməmiş və əhəmiyyət verməmişlər. 8,89 ha sahə Neftçala rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 14 dekabr tarixli, 33 nömrəli Qərarına uyğun olaraq JN-0040, Kod 80706028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən ona və ailə üzvlərinə verilmiş, həmin sahədə kənd təsərrüfatı məhsullarının əkini ilə məşğul olur. Ömründə heç bir vaxt ov etməməmiş, həmçinin qeyd edilən torpaq sahəsinin nəinki qoruq ərazisi olması, yol kənarında yerləşərək ovçuluq üçün uyğun olmayan yer olması da hamıya məlumdur. Ona və ailə üzvlərinə məxsus torpaq sahəsində sadəcə çiynində ov silahı olmasını əsas götürərək, hər hansı bir formada ova cəhdi təsdiq edəcək heç bir sübut və dəlil olmadığı halda onun etmədiyi əməldə günahlandırılması yolverilməzdir. Hazırkı zamanda o, böyrəyindən əməliyyat olunduğundan ümumiyyətlə hərəkət etməkdə çətinlik çəkir. Onu yaralı heyvanını axtardığı zaman ov etməkdə təqsirləndirmələri absurddur. Bu səbəbdən məhkəmədən ədalətin bərpa edilməsini xahiş edir. Habelə o, əvvəllər dövlət orqanlarında çalışmış, qanunlara daim hörmətlə yanaşmışdır. Etmədiyi əməldə onun cəzalandırılmasından mənəvi sarsıntı keçirir. Bu halı özünə qətiyyən yaraşdırmır. Həmçinin o və ailəsi dövlətçiliyə bağlıdır. X3 zabit olaraq 44 günlük Vətən Müharibəsi iştirakçısı və veteranıdır. Həmçinin qardaşı X17 1-ci Qarabağ Müharibəsi iştirakçısıdır. Qeyd etdiklərinin nəzərə alınaraq mübahisələndirilən qərarın ləğv edilməsi və qərar əsasında təyin olunmuş cərimənin silinməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 Sabir Əliverdi oğlunun açıq sahədə çiynində ov silahının olmasını hər hansı digər sübut göstərmədən sonuncunun əməlini ova cəhd kimi qiymətləndirdiklərini, qəbul edilmiş qərarın doğru olduğunu, barəsində tənbeh tətbiq edilmiş X13 tərəfindən verilmiş şikayətin təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində ifadə vermiş X15 bildirmişdir ki, o, Əliverdi Məlikovun heyvanlarının çobanlığını edir. xx.xx.2024-cü il tarixdə xırdabuynuzlu heyvanlara yırtıcı heyvan hücum etdiyindən onlar arasında yaralanmış heyvanlar olduğunu aşkar etdiyini və bununla bağlı heyvanların sahibinə, yəni Əliverdi Məlikova telefonla məlumat verdiyini, Ə.Məlikovun oğlu ilə birgə hadisə yerinə gəldiklərini və yaralı qoyunu onlara məxsus “Qazel” markalı avtomobilə yüklədiklərini, Əliverdi Məlikovun isə digər yaralı heyvanı axtarmaq üçün özlərinə məxsus sahəyə çıxdığını bildirmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 da eyni məzmunu ifadə vermişdir. Proses iştirakçılarını dinləyib, işin faktik hallarını araşdıraraq belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən “8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir”. İnzibati xətalar qanunvericiliyinin yuxarıda istinad olunan müddəalarından görünür ki, şəxsin əməlində inzibati xətanın mövcud olması halının sübuta yetirilməsi vəzifəsi aidiyyəti inzibati orqanın üzərinə düşür. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olmasına dair şübhələr isə onun xeyrinə həll olunmalıdırlar. Bundan başqa Əliverdi Məlikov hadisənin cərəyan etdiyi həmin 8,89 ha sahənin Neftçala rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 14 dekabr tarixli, 33 nömrəli Qərarına uyğun olaraq JN-0040, Kod 80706028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən ona və ailə üzvlərinə verildiyini, həmin sahədə kənd təsərrüfatı məhsullarının əkini ilə məşğul olduğunu, ömründə heç bir vaxt ov etmədiyini, həmçinin qeyd edilən torpaq sahəsinin nəinki qoruq ərazisi olmaması, yol kənarında yerləşərək ovçuluq üçün uyğun olmayan yer olmasının da hamıya məlum olduğunu qeyd etmişdir. Özünə və ailə üzvlərinə məxsus torpaq sahəsində sadəcə çiynində ov silahı olmasını əsas götürərək, hər hansı bir formada ova cəhdi təsdiq edəcək heç bir sübut və dəlil olmadığı halda onun etmədiyi əməldə günahlandırılmasının yolverilməz olduğunu qeyd etmişdir. Hazırkı zamanda o, böyrəyindən əməliyyat olunduğundan ümumiyyətlə hərəkət etməkdə çətinlik çəkdiyini qeyd edərək onu yaralı heyvanını axtardığı zaman ov etməkdə təqsirləndirilməsini absurd adlandıraraq məhkəmədən ədalətin bərpa edilməsini xahiş etmişdir. Habelə o, əvvəllər dövlət orqanlarında çalışdığını, qanunlara daim hörmətlə yanaşdığını, etmədiyi əməldə onun cəzalandırılmasından mənəvi sarsıntı keçirdiyini, bu halı özünə qətiyyən yaraşdırmadığını bildirmiş, həmçinin onun və ailəsinin dövlətçiliyə bağlı olduqlarını, X3nun zabit olaraq 44 günlük Vətən Müharibəsi iştirakçısı və veteranı olduğunu, həmçinin qardaşı X14 1-ci Qarabağ Müharibəsi iştirakçısı olduqlarını bildirərək sənədlərə əlavə edilməsi üçün onların müharibə iştirakçısı olmasını təsdiq edən sənədlərin surətini məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları hadisənin əsas xüsusatlarından biri sayıla biləcək məqamı araşdırmamış, qarşı tərəfin haqlı xahişini və işin nəticəsinə birbaşa təsir edəcək məqamları aydınlaşdırmadan və nəzərə almadan ədalətli sayılmayacaq qərar qəbul etmişlər. Halbuki, həmin zaman qeyd olunan avtomobilə baxış keçirilərdisə barəsində qərar qəbul edilmiş şəxsin əməlində qanunazidd məqamın olub-olmaması, onun ov etmək üçün sahədə olması və ya əksinə, digər yaralı heyvanını axtarması üçün sahədə olması daha dolğun şəkildə aydınlaşdırıla bilərdi. Bu zaman isə şəxsin təqsirsizliyi aydın şəkildə müəyyən edilə bilərdi. Məhkəmə baxışı zamanı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 öz şəxsi mobil telefonunda müəyyən görüntülərin olduğunu bildirmiş və o, iş materiallarına əlavə etməsə də sadəcə həmin video qeydə baxılmasını təklif etmiş və çəkilişə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X6 çiynində qeyd edilən tüfəng ilə idarənin əməkdaşları arasında sadəcə söhbət getdiyi görünür. Belə ki, idarə əməkdaşının yırtıcı heyvanı vurmasını soruşması və buna cavab olaraq Məlikovun heç bir heyvanı vurmadığını deməsi, daha sonra ümumi tanışlarının olması barədə səslər eşidilir. Hansısa formada ova cəhd edildiyini əks etdirən bir məqam olmadığı açıq-aydın məlum olur. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə aparılan araşdırmaya əsasən hesab edir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin əməlində inzibati xəta hadisəsi olmadığından onun barəsində tətbiq edilmiş tənbeh tədbiri ləğv edilməli, tətbiq edilmiş cərimə silinməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmə bir daha qeyd etməklə belə nəticəyə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta hadisəsi olmamış, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda barəsində inzibati iş üzrə icraat aparılan şəxsin qeyd edilən inzibati xətanı törətməsini təsdiq edəcək sübutlar müəyyən olunmamış və beləliklə də inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr sübutlara deyil ehtimallara əsaslanmışdır. Məhkəmə hesab edir ki, qərar qəbul etmiş orqan X13 tərəfindən ova cəhd edilməsini onun özünə və ailəsinə məxsus torpaq sahəsində çiynində rəsmi sənədləri olan ov tüfəngi ilə gəzməsindən başqa əgər şəxs ov etməyə cəhd etmişsə ova cəhdin hansı formada, yəni hansısa formada ovu izləməyini, ova atəş açmağını və ya ova atəş açmağa cəhd etməsini təsdiq edəcək hər hansı sübut növü mövcud deyildir. Şəxsin özünə məxsus ov tüfəngi ilə ona və ailəsinə məxsus əkin sahəsində olması isə onun yuxarıda qeyd edilən zamanda və yerdə ova cəhddə təqsirləndirilməsini məhkəmə ağlabatan hesab etmir. X1 həmin əraziyə başqa məqsədlə, yəni yırtıcı heyvan tərəfindən onun xırdabuynuzlu heyvanlarına hücumu nəticəsində qoyunlarının yaralanmasını eşidib oğlu ilə birlikdə kömək üçün gəlməsi isə şəxsin özünün və iş üzrə şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Qarşı tərəf isə qeyd olunanları təkzib edəcək hər hansı bir sübut təqdim edə bilməmişdir. Yuxarıda göstərilən, habelə sual və əsaslı şübhə doğuran sair məsələlər inzibati xəta haqqında iş üzrə icraat dövründə araşdırılmamış, qeyd olunduğu kimi, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi yalnız 3 saylı RETSİ-nin əməkdaşının topladığı sənədlərlə kifayətlənərək X6 məsuliyyətə cəlb olunmasına dair qərar qəbul etmişdir. Bu səbəbdən 3 saylı RETSİ-nin vəzifəli şəxsi tərəfindən toplanmış sübutlar mötəbər sayıla bilməzlər. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. İnzibati xəta anlayışı ilə bağlı həmin Məcəllənin 12.1.-ci maddəsində qeyd edilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsində İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar sadalanmaqla həmin Məcəlləsinin 53.1.1-ci maddəsinə göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1 ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 105.2.-ci maddəsinə əsasən İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. İşin faktik hallarını və qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq hesab edirəm ki, X6 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinib 1.000 manat miqdarında cərimə olunması ilə bağlı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 19 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilməli və hazırkı qərar üzrə müəyyən edilmiş 1.000 manat məbləğində cərimə silinməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.1, 105.1, 105.2, 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 19 yanvar 2024-cü il tarixli, MN seriyalı,1441047 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin qərar əsasında tətbiq edilmiş 1.000 manat cərimə silinsin. İş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-146/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-146/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver