Məhkəmə qərarları › İş №3(053)-146/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-146/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-146/2025 09.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1, Neftçala rayonu Yol Patrul Xidməti inspektoru X2 iştirakları ilə X1 15 mart 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: 15 mart 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında cərimə edilmişdir. Qərardan görünür ki, X3 «X7» minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili «Neftçala şəhəri, H.Əliyev prospekti 30a» istiqamətində 15 mart 2025-ci il tarixdə, saat 17: 27-də idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Həmin qərar 15 mart 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. Həmin fakt Neftçala rayonu Yol Patrul Xidməti əməkdaşları tərəfindən aşkar olunub. X3 bu qərardan şikayət verib. X3 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, Neftçala rayonu Yol Patrulu Xidməti tərəfindən istifadəsində olan nəqliyyat vasitəsi ilə Neftçala şəhəri, Heydər Əliyev prospekti ərazisində hərəkət edərkən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsi faktı müəyyən edilmiş və buna dair xx.xx.2025ci il tarixli, İXP seriyalı, ******* №li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla barəsində 40 (qırx) manat cərimə inzibati tənbehi tətbiq olunmuş və istinad olunan inzibati xətanın obyektiv cəhətini əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edilməsi təşkil etmişdir. Qeyd edir ki, iş üzrə səlahiyyətli orqanın vəzifəli şəxsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, istifadəsində olan nəqliyyat vasitəsi Neftçala şəhəri, Heydər Əliyev prospekti ərazisində hərəkətdə olarkən yolların iki istiqamətdə şaxələndiyi ərazidən sağa manevr etmək məqsədilə dayandırılmış, bu zaman 1.3 üfüqi nişanlanma xəttinin görüntüsü aydın olmadığından və nəqliyyat vasitəsinin qabariti xətlə olan məsafədən sağa manevr edilməsinə imkan vermədiyindən avtomobil təhlükəsiz şəraitdə geriyə hərəkət etdirilmiş və müvafiq dönmə göstəricisi ilə sağa döndürülərək əsas yol üzrə hərəkəti bərpa olunmuşdur. Bu zaman Neftçala rayonu Yol Patrul Xidmətinə məxsus nəqliyyat vasitəsi ilə ona hərəkətin dayandırılmasına dair göstəriş verilmiş və inspektor tərəfindən mövcud situasiyada əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi kimi qiymətləndirilmişdir. İşin faktiki halları yuxarıda göstərilənlərdən ibarət olmuş və hesab edir ki, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmamaqla yanaşı, iş üzrə inzibati xəta hadisəsi də mövcud deyil. O, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bildiyini, lakin manevr qaydalarını pozmadığını bildirir. Hərəkətdə olarkən sağa dönməli olduğu halda geriyə hərəkət etmişdir. Bu isə İXM-nin 327.2-ci maddəsinin tərkibini yaradır. Bu səbəbdən Neftçala rayonu Yol Patrul Xidmətinin inspektoru tərəfindən barəsində tərtib edilən xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* № li inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı Neftçala RPŞ-nın DYPB-nin Yol patrul xidməti inspektoru X4 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs (sürücu) sola hərəkət etmək istəyərkən YPX əməkdaşlarına məxsus avtomaşını görmüş və geriyə hərəkət etmişdir. Bnu təsdiq edən video görüntü də mövcuddur. O, məhkəməyə həmin video görüntünü əks etdirən 01 ədəd disk təqdim etdi. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin edilə bilməz. İşin məhkəmə baxışı zamanı Neftçala RPŞ-nın DYPB-nin Yol Patrul Xidməti inspektoru X4 tərəfindən təqdim edilmiş diskə baxış keçirilmişdir. Beləliklə, işin məhkəmə baxışı zamanı toplanmış sübutların məcmusu ilə X1 hadisə vaxtı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etmədiyi və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi müəyyən olunur. X1 həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməsi halı onun özü tərəfindən də diskə baxış keçirildikdən sonra mübahisələndirilməmiş və inkar olunmamışdır. Belə ki, həmin qərar qanunvericiliyin tələbinə uyğun olaraq X3 barəsində verilmişdir (yuxarıda göstərildiyi kimi, şikayətçi də Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olduğunu mübahisələndirmir). Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, 15 mart 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar qanuni və əsaslıdır, onun ləğvi üçün isə heç bir əsas yoxdur. Qeyd olunmalıdır ki, bu hal iş materiallarına əlavə edilmiş sübutlarla təsdiq olunmaqla yanaşı, şikayətçinin özü tərəfindən də mübahisələndirilmir. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 15 mart 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla bağlı şikayəti təmin edilməsin. 15 mart 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar