Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-147/2024 27.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 07 mart 2024-cü il tarixli, MN seriyalı,1784201 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə ərizə təqdim edərək, 07 mart 2024-cü il tarixli, MN seriyalı,1784201 nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilərək 272.3-cü maddəsinin sanksiyasında göstərilən digər növ tənbeh tədbiri ilə (Ov hüququnun məhdudlaşdırılması) əvəz edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görsənir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 07 mart 2024-cü il tarixli, MN seriyalı,1784201 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1.500 manat miqdarında cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə 23 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol əsasında verilib. X3 həmin qərardan şikayət vermişdir. Şikayət aşağıdakı məzmundadır: Bildirir ki, 23 fevral 2024-cü il tarixdə, Neftçala rayonunun Şirvanlı kəndi ərazisində yerləşən sututarda 24 (iyirmi dörd) ədəd ördəyin onun tərəfindən qanunsuz ovlanması faktı aşkar edilmiş və bu barədə 23 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında 07 mart 2024-cü il tarixli, MN seriyalı,1784201 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1.500 manat miqdarında cərimə edilmişdir. Qeyd edir ki, barəsində seçilmiş tənbeh tədbiri inzibati xətanın xarakterinə, şəxsiyyətini xarakterizə edən hallara və əmlak vəziyyətinə uyğun olmadığından həmin maddənin sanksiyasında göstərilən digər növ inzibati tənbeh tədbiri ilə əvəz olunmalıdır. Eyni zamanda qeyd edir ki, inzibati orqan barəsində tənbeh tədbiri tətbiq edərkən işsiz olmağını, mülkiyyətində hansısa daşınmaz və ya qiymətli daşınar əşya olmadığını, ailə üzvlərindən gəlir qazanan şəxsin yalnız onun olmağını nəzərə almamışdır. Yuxarıda qeyd olunanlara əsasən 07 mart 2024-cü il tarixli, MN seriyalı,1784201 nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilərək barəsində seçilmiş tənbeh tədbirinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında göstərilən digər növ tənbeh tədbiri ilə, yəni “Ov hüququnun məhdudlaşdırılması” ilə əvəz olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı X3 yuxarıda göstərilənlərə əlavə olaraq bildirdi ki, həqiqətən qeyd olunan əməli törətmişdir. Lakin onun tətbiq edilmiş cəriməni ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən həmin qərarın dəyişdirilərək “Ov hüququnun məhdudlaşdırılması” inzibati tənbeh tədbiri ilə əvəz olunmasını xahiş edir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında çıxış edərək şikayət verən şəxsin törətdiyi əməli etiraf etdiyini, bununla bağlı müvafiq izahatının iş materiallarında olduğunu, qəbul edilmiş qərarın qüvvədə saxlanılmasını, şikayətin təmin edilməməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, şikayət rədd olunmalıdır. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 07 mart 2024-cü il tarixli, MN seriyalı,1784201 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə müəyyən olunur ki, X1 23 fevral 2024-cü il tarixdə, Neftçala rayonunun Şirvanlı kəndi ərazisində yerləşən sututarda 24 (iyirmi dörd) ədəd ördəyin onun tərəfindən qanunsuz ovlanması faktı aşkar edilmiş və bu barədə 23 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında 07 mart 2024-cü il tarixli, MN seriyalı,1784201 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1.500 manat miqdarında cərimə edilmişdir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilir ki, yol verilmiş inzibati xətaya görə tərtib edilmiş müvafiq protokol prosessul pozuntuya yol verilmədən tərtib edilmiş və müvafiq protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsində İnzibati tənbehin növləri aşağıdakı ardıcıllıqla sıralanır: 22.1.1. xəbərdarlıq; 22.1.2. inzibati cərimə; 22.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi; 22.1.4. fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması; 22.1.5. ictimai işlər; 22.1.6. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma; 22.1.7. inzibati həbs. 22.2. Hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1-22.1.3-cü maddələrində nəzərdə tutulan inzibati tənbeh növləri tətbiq edilir. Göründüyü kimi X3 barəsində tətbiq edilmiş “İnzibati cərimə” tənbeh növü qanunvericilikdə “Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması” növündə inzibati tənbeh növündən daha yüngül cəza olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.2-ci maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.2-ci maddəsindən göründüyü kimi həmin sıralamada şəxsin öz vəziyyətini ağırlaşdıran qərarın qəbul edilməsi ilə bağlı müraciət etmək hüququ müəyyən edilməmişdir ki, bu da təbiidir. Qanunvericiliyin müddəalarından da görsəndiyi kimi hazırkı halda X3 barəsində ona tətbiq edilmiş “İnzibati cərimə” növündə tənbeh tətbiq edilmə cəzasının qanunvericiliyin müddəaları baxımından daha ağır növ, “Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması” cəzası ilə əvəz olunmasını xahiş etməsinin hüquqi əsasları qanunvericiliklə müəyyən edilməmişdir. Habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarının 2-ci bəndində qeyd edilir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.2-ci maddəsinin mənasına görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı öz təşəbbüsü ilə deyil, yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, həmin Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayəti əsasında qəbul edilmiş qərara yenidən baxılarkən onun vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi yolverilməzdir. Həmin Qərarın 3-cü bəndində qeyd edilir: Müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Görsəndiyi kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayəti əsasında qəbul edilmiş qərara yenidən baxılarkən onun vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi yolverilməzdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 barəsində ona tətbiq edilmiş “İnzibati cərimə” növündə inzibati tənbeh tətbiq edilmə cəzasının qanunvericiliyin müddəaları baxımından daha ağır növ, “Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması” inzibati tənbeh tətbiq edilmə cəzası ilə əvəz olunmasını xahiş etməsi görsəndiyi kimi öz vəziyyətinin ağırlaşdırılmasına səbəb olacağı şəksizdir və yuxarıda qeyd olunanlara əsasən bu hal yolverilməz olduğundan şikayətin təmin edilməsi qanunvericiliyin ali məqsədlərinə ziddir. Belə olan halda şikayətin təmin edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan verilən şikayətə baxılarkən «qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında» qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 07 mart 2024-cü il tarixli, MN seriyalı,1784201 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə bağlı X3 tərəfindən verilmiş şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-147/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-147/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver