Məhkəmə qərarları › İş №3(053)-151/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-151/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-151/2025 14.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Yusifzadə Ziya Elşad oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən göndərilmiş 12 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs 12 fevral 2025-ci il tarixdə saat 11.40-da «DA-803» bort nömrəli «Alüminium» tipli «Yamaha-40» markalı mühərriklə təchiz edilmiş «YK-14» adlı üzmə vasitəsi ilə Xəzər dənizində təyin edilmiş 2 mil məsafəni keçib sahildən 7 mil məsafədə su sərhəd rejiminə icazəsiz daxil olaraq balıq ovu ilə məşğul olduğu üçün Azərbaycan Respublikasının sərhəd sularında sərhədboyu rejimi pozmuşdur. İnzibati xəta haqqında protokolda Şəxs yuxarıda təsvir olunmuş hərəkətlərlə Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi qeyd olunur. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Şəxs və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş kiçik həcmli üzmə vasitəsinə yoxlamanın keçirilməsi haqqında 301/7 nömrəli protokoldan görünür ki, hadisə zamanı Şəxs istifadəsində olmuş «DA-803» bort nömrəli «Alüminium» tipli «Yamaha-40» markalı mühərriklə təchiz edilmiş «YK-14» adlı üzmə vasitəsi (qayıq) ünvan 1 ünvanında qeydiyyatda olan X1 məxsusdur. Neftçala Rayon Məhkəməsinin 3(053)-150/2025 nömrəli iş üzrə 18 aprel 2025-ci il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə təqsirli bilinərək «DA-803» bort nömrəli «Alüminium» tipli «Yamaha-40» markalı mühərriklə təchiz edilmiş «YK-14» adlı üzmə vasitəsi müsadirə edilməməklə 300 (üç yüz) manat məbləğində cərimə edilmiş və «DA-803» bort nömrəli «Alüminium» tipli «Yamaha-40» markalı mühərriklə təchiz edilmiş «YK-14» adlı üzmə vasitəsi sahibi X1 qaytarılmışdır. Qeyd olunur ki, Şəxs müvafiq inzibati xətanı törətməsinə baxmayaraq istifadəsində olmuş «DA-803» bort nömrəli «Alüminium» tipli «Yamaha-40» markalı mühərriklə təchiz edilmiş «YK-14» adlı üzmə vasitəsi (qayıq) özünə deyil, X2 adlı şəxsə məxsus olduğundan hazırkı vəziyyətdə müsadirə edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 13 mart 2025-ci il tarixli məktubunda Şəxs 27 dekabr 2024cü il tarixdə də su-sərhədboyu rejim qaydalarını pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi və onun cərimə məbləğini dövlət nəfinə ödəməkdən yayındığı qeyd olunmuşdur. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin eyni inzibati xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi halı iş üzrə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128–130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə təqsirli bilinərək «DA- 803» bort nömrəli «Alüminium» tipli «Yamaha-40» markalı mühərriklə təchiz edilmiş «YK- 14» adlı üzmə vasitəsi müsadirə edilməməklə 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar