Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-156/2025 07.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxxx 1994-cü il tarixdə Neftçala rayonu, Kürdili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 05 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 04 aprel 2025-ci il tarixində, saat 16 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs iki azyaşlı uşaqlarının yanında yaxınlaşıb ondan telefon nömrəsini istəməklə qeyri-etik hərəkətlər edərək aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Qeyd edir ki, təxminən Novruz bayramından öncə Sevlə xanımı Neftçala şəhərində yerləşən 3 saylı Körpələr Evinin yaxınlığında görmüş, onu subay zənn edib tanış olmaq məqsədi ilə ona yaxınlaşıb onun nömrəsini istəmiş, Sevlə ona evli olduğunu və iki uşağı olduğunu bildirəndə çıxıb getmişdir. 04 aprel 2025-ci ildə ,saat 16 radələrində spirtli içki qəbul edərək Neftçala şəhəri, A.Cəfərov küçəsində hərərkdə olarkən Sevlə xanım qarşına çıxmış və onun evli biri olduğu fikrindən çıxdığı üçün təkrar ona yaxınlaşmaq istəyən zaman aralarında mübahisə olmuşdur. Mübahisə zamanı o, qeyri etik ifadələr işlətmişdir. Sonradan bilmişdir ki, Sevlə ondan Neftçala RPŞ-yə şikayət etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs verdiyi izahatında ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşadığını bildirmişdir. Qeyd edir ki, ailəlidir, iki azyaşlı qız övladı vardır. 2025-ci ilin mart ayının 14-də övladlarını Neftçala şəhər H.Əliyev prospektində yerləşən 3 saylı Körpələr Evindən götürüb evə gəldiyi zaman tanımadığı bir şəxs uşaqlarının yanında, insanların gedib gəldiyi yerdə ona yaxınlaşıb, onunla tanış olmaq məqsədilə telefon nömrəsini istəmişdir. O da uşaqlarını ona göstərib, evli olduğunu deyərək bu hərəkətin əxlaq normalarına zidd olduğunu ona bildirmiş və ondan kənar olmasını istəmişdir. Lakin o, ondan əl çəkməyəcəyini bildirmişdir. Daha sonra mart ayında bayram günlərində onun yaşadığı binanın blokuna qədər gəldiyini və insanların yanında onu təhqir edib ona qarşı əxlaqsız təkliflər etməyə başlamışdır. O, bədbəxt hadisə olmasın deyə həyat yoldaşından bu məsələni gizlətmişdir. Sonradan bu şəxsin tutduğu əməldən islah olmadığını görüb həyat yoldaşına bu barədə məlumat vermişdir. 04 aprel 2025-ci il tarixində, saat 17 radələrində həmin şəxsin azyaşlı övladlarını bağçadan gətirərkən ona yaxınlaşdığını görüb həyat yoldaşına zəng edib məlumat vermişdir. Həyat yoldaşı həmin tarixdə FHN-nin işçisi olduğu üçün iş qrafikinə uyğun olaraq işdə olduğundan ondan həmin şəxsin videosunu və şəkillərini çəkib 102 xidmətinə müraciət etməyini istəmiş və o da DİN-nin 102 xidmətinə və Neftçala Rayon Polis Şöbəsinə müraciət etmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı özünün və zərərçəkmiş şəxsin izahatı ilə yanaşı iş materialları ilə də tam təsdiq olunur. Belə ki, Şəxs ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydaları sistemini pozmağa yönələn hərəkətlər etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərəçəkmiş şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs əməlinin xarakterini, onun şəxsiyyətini, habelə inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit olunmuş məqsədlərini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə təyin olunmaqla inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyil. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati qaydada həbsdə olduğu 1 (bir) gün ümumi həbs müddətindən çıxılsın. Həbsdə saxlanılması müddətinin əvvəli 07 aprel 2025-ci il, saat 13:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-156/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-156/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver