Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-158/2023 13.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, ünvan 1 ünvanında yerləşən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə 10 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 10 may 2023-ci il tarixli, 00100-00925/23 nömrəli protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, İran İslam Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ünvanına 317 saylı, xx.xx.2023-cü il tarixli invoys sənədi ilə müşayət edilən, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşında daşınan mallar **********0145 saylı, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. xx.xx.2023-cü il tarixdə sözügedən mallara keçirilən gömrük yoxlaması zamanı gömrük bəyannaməsinin 1-ci mal mövqeyində olan "Soyudulmuş belamur balığı" adlı yükün netto çəkisinin 3000 kq olaraq bəyan edildiyi halda faktiki "Soyudulmuş belamur balığı" netto çəkisinin qeyd ediləndən 1200 kq az, yəni 1800 kq olduğu və bəyannamədə qeyd edilməyən netto çəkisi 1200 kq olan “Forel balığı” yükü aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan adları və sayları yuxarıda qeyd edilən malların qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/0xx-xx/003772 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş 9/2640 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda malların ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiymətinin 18360 manat (on səkkiz min üç yüz altmış) olduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin kooperativin rəhbəri F. Hüseynov məhkəməyə 12-13 iyun 2023-cü il tarixlərində ərizə göndərərək səhhəti ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə prosesində iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 06 aprel 2023-cü il tarixli yoxlama haqqında protokoldan görünür ki, **- AA-*** dövlət qeydiyyat nişanlı avtomaşında daxil olmuş və yükə aid gömrük orqanına təqdim olunmuş **********0145 nömrəli GB-nın 1-ci mal mövqeyində belamur balığı: 200 qutu, netto çəkisi 3000 kq bəyan edildiyi halda, faktiki belamur balığının netto çəkisinin 1800 kq olduğu və bəyan edilməyən 60 qutu 1200 kq forel balığı aşkar edilmişdir. Gömrük yoxlaması keçirilən zaman iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamışdır. İşdə olan gömrük bəyənnaməsindən və invoysdan görünür ki, Şəxs adına **-AA-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə 317 nömrəli, xx.xx.2023-cü il tarixli invoys üzrə idxal edilmiş və **********0145 nömrəli gömrük bəyənnaməsi ilə rəsmiləşən 1-ci mal mövqeyində olan "Soyudulmuş belamur balığı" adlı yükün netto çəkisinin 3000 kq olaraq bəyan edildiyi halda faktiki "Soyudulmuş belamur balığı" netto çəkisinin qeyd ediləndən 1200 kq az, yəni 1800 kq olduğu və bəyannamədə qeyd edilməyən netto çəkisi 1200 kq olan “Forel balığı” yükü aşkar edilmişdir. İşdə olan Şəxs nümayəndəsi X1 Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində 11 aprel 2023-ci il tarixli izahatında ünvanlarına İran İslam Respublikasından daxil olan yüklərin sifarişinin Şəxs direktoru tərəfindən edildiyini, göndərilən mallara sifariş edilən malların üst-üstə düşmədiyini, 3500 kq belamur balığı sifariş etdiklərini, həmin sifarişin ünvanlarına çatdıqdan təxminən 2-3 həftə sonra novbəti sifarişin gəlməli olduğunu, həmin sifarişdə forel balığı olacağını bildirmişdir. Qeyd etmişdir ki, malı göndərən şəxsin onlara xəbər etmədən növbəti sifarişə aid olan balıqlardan bu dəfə göndərmiş və onlara bu barədə məlumat verməmişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2023-cü il tarixli, 9/2640 saylı ekspert rəyindən görünür ki, “Ekspertiza tədqiqatına təqdim edilmiş qərardadda göstərilən 2 adda soyudulmuş balıq məhsullarının topdansatış orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 18360,00 manat müəyyən edilir. Həmin məhsulların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir”. İşdə olan 10 may 2023-cü il tarixli, 00100-00925/23 nömrəli İnzibati xəta haqqında protokoldan və digər sənədlərdən görünür ki, "Akkuşa" İstehsal-İstehlak Koorperativi (VÖEN **********) tərəfindən İran İslam Respublikasından idxal edilən və **********0145 saylı, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilən mallara keçirilən yoxlama nəticəsində sözügedən bəyannamədə növü düzgün göstərilməyən, lakin faktiki olaraq malların arasından aşkar edilən "Soyudulmuş forel balığının” dəyərinin (9960 AZN) olduğu, gömrük bəyannaməsində çəkisi göstəriləndən az aşkar edilən "Soyudulmuş belamur balığının" dəyəri (8400 AZN) çıxılır və 1560 AZN dəyərində balıqların gömrük orqanına düzgün bəyan edilmədiyi faktı öz təsdiqini tapmışdır. Nəticədə, 1560 AZN dəyərində balıqlar gömrük orqanına düzgün bəyan edilməmişdir. İşdə olan ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində hesablanmışdır. Belə olan halda Şəxs hüquqi şəxs kimi inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq hüquqi şəxs kimi Şəxs barəsində qanunla müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: 55.1.1. zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; 55.1.2. maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən Məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Şəxsndən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130- cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinib, 1.560 (min beş yüz altmış) manat pulun 40 faizi məbləğində, yəni 624 (altı yüz iyirmi dörd) manat məbləğində inzibati cərimə edilsin. Şəxsndən ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-158/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-158/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver