Məhkəmə qərarları › İş №3(053)-161/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-161/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-161/2024 07.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X7 və X3 iştirakları ilə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və başlanmış inzibati iş üzrə icraata xitam verilməsi barədə X4 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında MN ******* saylı, 23 iyun 2023-cü il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə təqsirli bilinərək 3.500 manat miqdarında cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə 09 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol əsasında verilib. X4 oğlu həmin qərardan şikayət vermişdir. Şikayət aşağıdakı məzmundadır: xx.xx.2023-cü il tarixdə Cəngən tibb məntəqəsində toplanmış tibbi alətlər (şpris) tərəfindən dezinfeksiya olunmuş vəziyyətdə yığılmış və qablaşdırılması üçün çəlləyə yüklənmişdir. Həmin tarixdə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən həmin tullantıların “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına zidd şəkildə toplanması faktı müəyyən edilmiş, lakin bu barədə MN ******* seriya və nömrəli inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. Həmin protokol əsasında MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 3.500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 məhkəmə iclası zamanı bildirir ki, xx.xx.2023-cü il tarixdə Neftçala rayonu, Cəngən tibb məntəqəsində 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına zidd şəkildə toplanması faktı müəyyən edilmiş, bu barədə 09 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol əsasında inzibati tənbeh tətbiq etmə haqqında MN ******* saylı, 23.06. 2023-cü il tarixli qərar qəbul edilmişdir. Özünü qismən təqsirli bilir. Belə ki, yol verdiyi pozuntuya bilmədən yol verdiyini qeyd edərək bildirir ki, həmin gün o, Neftçala rayon Mərkəzi Xəstəxanasında “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 213 nömrəli Qərarı müzakirə edilərkən həmin qərardan xəbərdar olmuş, o vaxta qeyd edilən qərardan məlumatlı olmamış, ona və rəhbərlik etdiyi tibb məntəqəsinə həmin qərar təqdim edilməmişdir. Bu səbəbdən də yuxarıda qeyd olunan pozuntuya yol verdiyini, qərarda göstərilən əməli törətdiyini etiraf etmişdir. Habelə o, hazırda rəhbərlik etdiyi tibb məntəqəsində Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 213 nömrəli Qərarında göstərilən tələblərə uyğun işin qurulduğunu, daha bu qəbildən olan xətaya yol verilmədiyini, aşkar edilmiş pozuntuya ilk dəfə yol verdiyinin nəzərə alınmasını və qərarın ləğv edilməsini xahiş edir. Əlavə olaraq qeyd etmişdir ki, səlahiyyətli orqan (vəzifəli şǝxs) tərəfindən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat kobud pozuntularla müşayiət edilmişdir. Belə ki, inzibati xəta faktı xx.xx.2023-cü il tarixdə aşkar edilsə də, buna inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, həmin protokol ona imza üçün bu və ya digər formada təqdim edilməmiş və bundan məlumatlandırılmamışdır. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək, şikayət verən şəxsin törətdiyi əməli etiraf etdiyini, bununla bağlı müvafiq izahatının iş materiallarında olduğunu, qəbul edilmiş qərarın qüvvədə saxlanılmasını, şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, yol verilmiş pozuntu onlar tərəfindən telefon vasitəsilə video qeydə alınmış və həmin çəkilişdə tibb məntəqəsinin mətbəxində yığılmış ümumi zibil tullantılarının içərisində Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 213 nömrəli Qərarında göstərilən tələblərin ziddinə olaraq tibbi tullantıların olması faktı öz əksini tapmışdır. Habelə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə tibb məntəqəsinin həyətində tibbi tullantıların yandırılması da aşkar edilmiş və videolentə alınmış, iş materiallarına əlavə edilmişdir. O, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 izahatında qeyd etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 213 nömrəli Qərarından xəbərsiz olmasının onu məsuliyyətdən azad olunması üçün əsas olmadığını, bu sahədə təcrübəsi olan rəhbər şəxs kimi qaydaları bilməyin onun vəzifə borcu olduğunu, qaydaları bilməməyinin və ya bundan xəbərsiz olduğunun barəsində tətbiq edilmiş inzibati tənbeh qərarının ləğv edilməsinə əsas vermədiyini vurğulamışdır. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN ******* saylı, 23.06. 2023-cü il tarixli qərarın qüvvədə saxlanılmasını, ləğvi üçün heç bir əsasın olmadığını, X1nun məhkəmə iclasında verdiyi izahatında da özünü təqsirli bildiyini, ilk dəfə bu tip pozuntuya yol verdiyini etiraf etməsi də şəxsin həqiqətən də həmin pozuntuya yol verməsinin sübutudur. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X7 da X3 verdiyi ifadənin məzmununa uyğun ifadə verərək qərarın qüvvədə saxlanılmasını, ləğvi üçün heç bir əsas olmadığını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət rədd olunmalıdır. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 Cəngan tibb məntəqəsində “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 213 nömrəli Qərarına zidd şəkildə tibbi tullantıların toplanması faktı müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə Neftçala rayonu, Cəngən tibb məntəqəsində yol verilmiş pozuntu ilə bağlı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən, bu barədə 09 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol əsasında inzibati tənbeh tətbiq etmə haqqında MN ******* saylı, 23.06. 2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə təqsirli bilinərək 3.500 manat miqdarında cərimə edilmişdir. Habelə iş materiallarında olan X4 tərəfindən xx.xx.2023-cü il tarixdə Neftçala rayonu, Cəngən tibb məntəqəsində yol verilmiş pozuntu, yəni “Tibbi tullantıların idarə olunmasına dair Tələblər” in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 213 nömrəli Qərarına zidd şəkildə tibbi tullantıların toplanması faktı X4 tərəfindən xx.xx.2023-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər İdarəsinə verdiyi izahatında etiraf olunmuşdur. Eyni zamanda X4 tərəfindən Ekologiya və Təbii Sərvətlər İdarəsinin araşdırma kommisiyasına veridiyi xx.xx.2023-cü il tarixli izahatında (səhfən xx.xx.2023-cü il kimi qeyd olunub) da Cəngan tibb məntəqəsinin həyətində yerə basdırılmış dəmir qutuda məntəqədə əmələ gələn tibbi tullantıların yandırılması faktı etiraf olunur. Bundan başqa məhkəmə iclasında iş materiallarına əlavə edilmiş DVD diskə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Video çəkiliş ümumilikdə 03 dəqiqə 37 saniyə davam edir. Video çəkilişdə X4 və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları iştirak edirlər. Video çəkiliş həm tibb məntəqəsinin mətbəx kimi istifadə edilən zonasında həm də Cəngan tibb məntəqəsinin inzibati binasının həyətində həyata keçirilmişdir. İnzibati binanın mətbəx kimi istifadə edilən zonasında ağ rəngli kisəyə yığılmış ümumi zibil tullantılarının içində artıq istifadə edilmiş tibbi ləvazimatlar, o cümlədən şpris və müxtəlif dərman qutuları görsənir. Cəngan tibb məntəqəsinin inzibati binasının həyətində aparılmış videoçəkilişdə isə məntəqənin həyətində yerə basdırılmış dəmir çəlləkdə yandırılmış zibillər, o cümlədən istifadə edilmiş tibbi tullantıların qalıqları aşkar edilir. X4 həmin çəkilişdə də həqiqətən də tibbi tullantıların qalıqlarının həmin yerdə yandırıldığını etiraf edir. Habelə iş materiallarına əlavə edilmiş şəkillərdən də qeyd olunan pozuntuya yol verildiyi öz əksini tapır. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilir ki, yol verilmiş inzibati xətaya görə tərtib edilmiş müvafiq protokol prosessul pozuntuya yol verilmədən tərtib edilmiş və müvafiq protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X1 ərizəsində qeyd edir ki, inzibati xəta faktı xx.xx.2023-cü il tarixdə aşkar edilsə də, buna inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, həmin protokol ona imza üçün bu və ya digər formada təqdim edilməmiş və bundan məlumatlandırılmamışdır. Məhkəmə bu xüsusatla bağlı qeyd etməyi vacib hesab edir ki, X2 xx.xx.2023-cü il tarixdə, yəni onun barəsində müvafiq tədbir görülməsi üçün 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət edildiyi zaman elə həmin tarixdə verdiyi, həmin quruma təqdim etdiyi etiraf ərizəsi zamanı artıq yol verdiyi pozuntu ilə bağlı tədbir görülmə prosesinin aparıldığını görmüş və təbii ki, tam məlumatlı olmuşdur. Məhkəmə toplanmış sənədləri tədqiq edərək və tərəfləri dinləyərək belə qərara gəlir ki, X4 barəsində tətbiq edilmiş “İnzibati cərimə” tənbeh növü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi uyğun olaraq düzgün müəyyən edilmişdir. Belə olan halda şikayətin təmin edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN ******* saylı, 23 iyun 2023-cü il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə bağlı X4 tərəfindən verilmiş şikayət təmin edilməməli və həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan verilən şikayətə baxılarkən «qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında» qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN ******* saylı, 23 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə bağlı X4 tərəfindən verilmiş şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar