Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-172/2023 26.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə, xx xxxxxx 2001-ci ildə Neftçala rayonu, İ Mayak kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 26 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 18 may 2023-cü il tarixində saat 16 radələrində alkoqol sərxoşluğu vəziyyətində Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasına gələrək işlə təmin olunmasını və İcra Hakimiyyətinin başçısı ilə təcili görüşməsini tələb etmiş, müvafiq şöbənin müdiri ondan bir az gözləməsini xahiş etdiyinə, o cümlədən ona “gözlə əgər İcra Hakimiyyətinin başçısının yanında heç kəs yoxdursa, deyək səni qəbul etsin” deyə müraciət etdiyinə baxmayaraq, uca səslə ünvansız nalayiq söyüşlər söyməyə başlamış, onu sakitləşdirməyə çalışan İcra Hakimiyyətinin əməkdaşlarının və mühafizə xidmətini icra edən polis əməkdaşlarının səylərinə əhəmiyyət verməyib, nalayiq hərəkətlərini davam etmiş, ülgüc çıxararaq özünü doğrayacağını bildirmiş, sonra isə nalayiq söyüşlər söyəsöyə çıxıb getmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Vətən Müharibəsi iştirakçısıdır. Həqiqətən hadisə baş verən gün nahar vaxtı bir qədər spirtli içki qəbul etmiş və işsiz olduğundan işə düzəlməsini tələb etmək üçün Neftçala Rayon İcra Hakimiyyətinə getmişdir. İcra Hakimiyyətində həqiqətən söyüşlər söymüş və özünü ülgüclə doğrayacağını bildirmiş, daha sonra isə İcra Hakimiyyətinin başçısının onu qəbul etməsini gözləmədən çıxıb getmişdir. Lakin söyüşləri öz ünvanına söyüb və özünü doğramayıb. Əməlindən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun öz izahatı ilə yanaşı iş materialları ilə də tam təsdiq olunur. Belə ki, Şəxs ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydaları sistemini pozmağa yönələn hərəkətlər etmiş, bu hərəkətləri ilə Neftçala Rayon İcra Hakimiyyətinin normal iş rejimini müəyyən müddət ərzində pozmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir, Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olması, habelə Vətən Müharibəsi iştirakçısı olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs əməlinin xarakterini, onun şəxsiyyətini, habelə inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit olunmuş məqsədlərini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə təyin olunmaqla inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyil. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 05 (beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 26 may 2023-cü il saat 14.30-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-172/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-172/2023
26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver