Məhkəmə qərarları › İş №3(053)-176/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-176/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-176/2024 17.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxxxxx 1958-ci il tarixdə Goranboy rayonu, Nizami kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, təqaüdçü, ünvan 1 ünvanında fərdi yaşayış evində qeydiyyatda olan və orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi 17 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 27 mart 2023-cü il tarixdə verilmiş 21 fevral 2023-cü il tarixli, 2(053)-55/2023 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 16.500 (on altı min beş yüz) manat, habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu və bank xidməti haqqı kimi ödənilmiş 189 (yüz səksən doqquz) manat 67 (altmış yeddi) qəpiyin 94 (doxsan dörd) manatlıq hissəsi tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədləri şöbənin icraatına daxil olmuş və qərarla icraata başlanmışdır. Həmin qərar və müvafiq bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu barəsində aidiyyəti orqanlara sorğular verilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar olunmamışdır. Eyni zamanda boclunun ölkədən getmək hüququnun müvvəqəti məhdudlaşdırılması barədə təqdimat təmin olunmuşdur. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında icra sənədini icra etmədiyini maddi imkansızlığı ilə izah etmiş, tez bir zamanda ödənişləri hissə-hissə ödəməyə başlayacağını qeyd etmişdir. Neftçala Rayon Məhkəməsinin 8(053)-10/2024 nömrəli iş üzrə 17 may 2024-cü il tarixli qərarından görünür ki, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmurunun “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” təqdimatı təmin edilmiş və Şəxs ölkədən getmək hüququ borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılmışdır. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, həmin məhkəmə aktı ilə müəyyən edilmiş borc məbləğini üzrsüz səbəbdən ödəməmişdir. İcra sənədlərinin üzrsüz səbəbdən icra edilmədiyi işin digər faktiki halları ilə yanaşı həmçinin onunla da müəyyən olunur ki, Şəxs ötən dövr ərzində tələbkarın xeyrinə heç bir, hətta kiçik məbləğlərlə belə ödəniş etməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən hal onun təqaüdçü olmasıdır. Onun əməlində iş üzrə ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar