Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-178/2022 28.11.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi X4 Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə xx xxxxxx 1983-cü ildə Neftçala rayonu, Mürsəqulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, üç uşaq atası, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 26 may 2022-ci ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsi tərəfindən 19 mart 2021-ci ildə verilmiş 18 fevral 2021-ci il tarixli 2(011)-637/2021 nömrəli icra vərəqəsinə əsasən, borclu Şəxs 09 noyabr 2007-ci il təvəllüdlü X1 və 30 mart 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 06 oktyabr 2020-ci ildən başlayaraq hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunur ki, yuxarıda göstərilən protokol üzrə inzibati xəta haqqında işə 26 may 2022-ci ildə baxılmağa başlanmış, zərərçəkmiş şəxs məhkəmə iclasına gəlmədiyi üçün məhkəmə iclası 28 iyun 2022-ci il tarixinə təxirə salınmışdır. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına (qəbzə imza etməklə) baxmayaraq, gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də Neftçala Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 15 iyul 2022-ci il tarixinə saat 17.30-a təyin olunmuş məhkəmə iclası ilə əlaqədar Neftçala Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 15 iyul 2022-ci il tarixə təyin olunmuş məhkəmə iclasına gətirilməsi təmin edilmədiyi üçün məhkəmə iclası 05 avqust 2022-ci il tarixinə təxirə salınsa da onun iştirakı təmin edilmədiyi üçün məhkəmə iclası 30 avqust 2022-ci il tarixinə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 30 avqust 2022ci il tarixə təyin olunmuş məhkəmə iclasına gətirilməsi təmin edilmədiyi üçün məhkəmə iclası 13 sentyabr 2022-ci və 29 sentyabr 2022-ci il tarixlərinə təyin edilmişdir. Məhkəmənin 29 sentyabr 2022-ci il tarixə təyin olunmuş iclasında iştirak edən Şəxs məhkəməyə ərizə və ödəniş qəbzləri təqdim edərək iş üzrə borclu olduğu 3880 manat pul məbləğindən 1790 manat ödəniş etdiyini və 15 oktyabr 2022-ci il tarixinə kimi aliment borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş etmiş, məhkəmə iclası 05 oktyabr 2022ci il tarixinə təxirə salınmış və bu barədə qəbzə imza etməklə məlumatlandırılan Şəxs qeyd edilən vaxtda məhkəmə iclasına gəlmədiyindən iclas 21 oktyabr 2022-ci, təkrar 01 və 11 noyabr 2022-ci il tarixlərinə, daha sonra icra məmurunun və zərərçkmiş şəxsin məhkəmə iclasında iştirakı ilə əlaqədar məhkəmə iclasları 18 və 28 noyabr 2022-ci il tarixlərinə təxirə salınmışdır. 28 noyabr 2022-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında borcundan xx.xx.2022-ci ildə 300 AZN, xx.xx.2022-ci il tarixdə isə 300 AZN tələbkarın hesabına ödəniş etdiyini bildirmiş və qəbzlər təqdim etmişdir. Buna baxmayaraq Neftçala Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərarı icra edilməyərək Şəxs vaxtında gətirilməsi təmin edilməmişdır. Məhkəmə icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına aşağıdakı səbəblərə görə xitam verilməlidir. Şəxs barəsində inzibati xəta haqqında protokol 26 may 2022-ci il tarixində tərtib olunub. Azərbaycan Respublikası İXM-nin 38.1, 38.2 və 38.4-cü maddələrinə əsasən «İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyrihökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər», «Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır», «İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və hazırkı iş üzrə inzibati xətanın davam edən inzibati xəta olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, müvafiq müddət xətanın aşkara çıxarıldığı gündən, yəni Şəxs barəsində 26 may 2022-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan hesablanmalıdır. İşin faktik hallarından görünür ki, inzibati xəta haqqında protokolun tərtib edildiyi (xətanın aşkara çıxarıldığı) gündən etibarən artıq üç aydan çox müddət keçib. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinin tələbinə görə «bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Məhkəmə qeyd olunanları, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin, inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi səbəbindən həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-178/2022
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-178/2022
28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver